SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək

Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək

İdman

Bugün, 19:26

İyunun 20-21-də cüdo üzrə U-14 və U-17 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.

olimpiyadunyasi.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Qax Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 184 cüdoçu mübarizə aparacaq.

Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Dİgər xəbərlər