SON XƏBƏRLƏR
-
Bugün, 00:42
DigərBu gün Milli Mətbuat Günüdür
-
21.07.2026, 18:15
GündəmMOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
-
21.07.2026, 18:04
İdmanMilli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
-
21.07.2026, 17:43
İdman“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
-
21.07.2026, 17:24
İdmanMillimizin oyunlarının təqvimi açıqlanıb
-
21.07.2026, 15:52
İdman"Şalke 04" mövsümə mənfi göstərici ilə başlaya bilər
-
21.07.2026, 15:37
İdman"Barselona"nın futbolçusu Madrid "Real"ının transfer siyahısında
-
21.07.2026, 15:25
İdmanFIFA Paredes barədə yekun qərarını açıqladı
-
21.07.2026, 15:18
İdmanMillinin qapıçısı “Zirə”yə keçib
-
21.07.2026, 14:07
İdmanZinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub
-
21.07.2026, 10:42
İdmanSofiyadan 4 medal
-
21.07.2026, 10:14
İdman"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
-
20.07.2026, 18:31
İdmanKlublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
-
20.07.2026, 16:09
İdmanAvarçəkmə “İdman paytaxtı” Qazaxda
-
20.07.2026, 14:32
İdmanQazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
20.07.2026, 13:37
MüsahibəHacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
-
20.07.2026, 13:28
Gündəmİspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
-
20.07.2026, 13:14
İdmanBakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
-
20.07.2026, 12:42
İdmanÜzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
-
20.07.2026, 12:28
İdmanİdmançımız Minskdə bürünc mükafat qazanıb
-
20.07.2026, 12:18
İdmanAvarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
-
20.07.2026, 08:58
İdmanMbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
-
20.07.2026, 02:57
Gündəmİspaniya millisinə dünya kuboku təqdim edildi
-
20.07.2026, 02:49
İdmanDÇ-2026-nın ən yaxşıları müəyyənləşib
-
20.07.2026, 02:18
İdmanİspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
-
20.07.2026, 00:22
İdman“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
-
17.07.2026, 11:37
İdmanDünya çempionlarına xüsusi üzük veriləcək
-
17.07.2026, 11:09
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
-
17.07.2026, 10:15
İdmanAzərbaycanın UEFA reytinqindəki əmsalı artıb
-
17.07.2026, 01:58
İdmanAvropa Liqası: "Qarabağ" növbəti mərhələdə
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
16.07.2026, 22:46
İdmanBakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
-
16.07.2026, 21:57
İdman"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
XXIX "Şahin" hərbi-idman oyununun final mərhələsi keçirilib
İdman
16.06.2026, 11:11
Milli Qurtuluş Gününə həsr olunmuş XXIX "Şahin" hərbi-idman oyununun final mərhələsi bu il "Gənclər Paytaxtı" Goranboy rayonunda keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Ümüdvar Quliyev və digər qurumların məsul şəxsləri iştirak ediblər.
Yarışdan öncə Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsinə kimi hərbi orkestrin müşayiəti ilə dövlət bayrağı ilə yürüş təşkil edilib.
Rəsmi açılışdan sonra oyunlara start verilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə ümumtəhsil müəssisələrinin X və XI siniflərində təhsil alan şagirdlər arasında keçirilən "Şahin" hərbi-idman oyununun finalında 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınayıblar.
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin nümunəvi çıxışının ardınca mükafatlandırma mərasimi təşkil olunub. Ən yüksək xal toplayan Bakının Binəqədi rayonunun komandası birinci, Nizami rayonunun komandası ikinci, İsmayıllı rayon komandası isə üçüncü yerə layiq görülüblər.
Tədbir Milli Qurtuluş Gününə həsr olunan konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.