SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə

Dünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə

İdman

Bugün, 09:36

Futbol üzrə dünya çempionatında A qrupunun daha bir oyunu keçirilib.

Olimpiyadunyasi.com xəbər verir ki, günün ikinci qarşılaşmasında Cənubi Koreya millisi Çexiya yığması ilə qarşılaşıb. Meksikadakı Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar 2:1 hesablı əzmkar qələbə qazanıblar.

Oyunda hesabı 59-cu dəqiqədə Çexiya millisinin futbolçusu Ladislav Kreyçiy açıb. Lakin buraxılan qoldan sonra özündə güc tapan Cənubi Koreya seçməsi Hvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə matçdan qalib ayrılmağı bacarıb.

Qeyd edək ki, qrupun və DÇ-2026-nın açılış matçında Meksika yığması Cənubi Afrika Respublikası (CAR) millisini 2:0 hesabı ilə məğlub edib. 

Dİgər xəbərlər