SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Millimizin baş məşqçisi Vyetnamda təlim keçib 

Millimizin baş məşqçisi Vyetnamda təlim keçib 

İdman

Bugün, 13:30

Azərbaycanın çimərlik güləşi millisinin baş məşqçisi Oyan Nəzəriani Vyetnamın Dananq şəhərində Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Dünya Güləş Birliyinin (UWW) əməkdaşlığı çərçivəsində "Level 2 Coaching Course and Beach Wrestling Coaching Course"da təlim keçib.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Təlimləri bolqarıstanlı mütəxəssis Georgi Sredkov, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) müşahidəçisi, UWW-nin məşqçilik təhsili üzrə mütəxəssisi və ali qurumun Çimərlik Güləşi Komitəsinin üzvü olan milli komandanın baş məşqçisi Oyan Nəzəriani keçiblər.
Altı gün davam edən kurs zamanı iştirakçılara güləş üzrə müasir məşqçilik metodları üzrə nəzəri və praktiki təlimlər keçirilib. Proqram çərçivəsində UWW-nin tədris materialları və metodik vəsaitləri ətraflı şəkildə öyrənilib, məşq prosesinin təşkili və idmançıların hazırlığı ilə bağlı qabaqcıl yanaşmalar iştirakçılarla bölüşülüb. Kursun yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, tədbir məşqçilərin peşəkar bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin paylaşılması və güləş idman növünün inkişafına töhfə verilməsi məqsədi daşıyıb.

Dİgər xəbərlər