SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb

U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb 

İdman

Bugün, 17:43

İyulun 25-də oğlanlardan ibarət U-18 millimiz Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatının B divizionunda ikinci qrup oyununu keçirib. 

Olimpiyadunyasi.com Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandamız Ukrayna seçməsi ilə qarşılaşıb. Millimiz oyunun ilk hissəsində rəqibə məğlub olsa da, ikinci hissədə geridönüş edərək 77:68 hesablı qələbə qazanıb. Görüşün ən dəyərli basketbolçusu (MVP) 20 xal, 17 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Bu qələbə U-18 millimizin Avropa çempionatı B divizinionunda qazandığı ilk qrup qələbəsi kimi də tarixə düşüb.

Qeyd edək ki, yığmamız qrupda növbəti oyununu iyulun 26-da Bakı vaxtı ilə saat 12:30-da İslandiya seçməsinə qarşı keçirəcək.

Dİgər xəbərlər