SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"

Natiq Bağırov: \"Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar\" 

İdman

Bugün, 10:50

"Yaxın bir-iki il ərzində bu turnirdə iştirak edən cüdoçuların beynəlxalq arenada uğurlu nəticələrini görəcəyik"

Olimpiyadunyasi.com xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov Avropa Cüdo Ümidləri turniri zamanı jurnalistlərə müsahibəsində bildirib: 

O qeyd edib ki, turnirin əsas məqsədi gənc cüdoçuların beynəlxalq yarış təcrübəsi qazanmasına şərait yaratmaqdır:

"Bu il turnir U-14 və U-16 yaş qrupları arasında keçirilir. Yarışda 10 ölkədən 88 klubu təmsil edən 300-ə yaxın idmançı mübarizə aparır. Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar. Artıq bizim ötənilki turnirimizin qaliblərindən biri yeniyetmələr arasında Avropa birinciliyində gümüş medal qazanıb. Bu səbəbdən də yaxın bir-iki il ərzində bu turnirdə iştirak edən cüdoçulardan da beynəlxalq arenada uğurlu nəticələr gözləyirik. Turnir iştirakçıları yalnız yarış təcrübəsi əldə etmirlər. Müxtəlif ölkələrdən gələn cüdo mütəxəssisləri, ekspertlər və tanınmış idmançılar onlara yeni fəndlər öyrədir, tatami üzərində hərəkət texnikalarını təkmilləşdirirlər. Gənc cüdoçuların dünya şöhrətli idmançılarla görüşməsi və onlarla ünsiyyət qurması isə gələcəkdə Avropa, dünya çempionu və Olimpiya mükafatçısı olmaq üçün onlarda əlavə motivasiya yaradır". 

Dİgər xəbərlər