SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib

“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib  

İdman

Bugün, 15:46

“Neftçi” İdman Klubu tarixi köklərə söykənən yeni və müasir loqosunu təqdim edib.

Olimpiyadunyasi.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, [lkənin ən köklü idman təşkilatlarından biri olan klubun yeni emblemi ənənəvi ağ-qara fonda hazırlanıb. Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları əks olunub. Üst hissədə "NEFTÇİ" İdman Klubu adı, aşağısında isə onun yaranma tarixi -"1937" rəqəmi əsas vizual elementlər kimi ön plana çıxır. Bu detallar brendin müasir rəsmi statusunu onun şərəfli və zəngin tarixi irsi ilə vəhdətdə birləşdirir.

Dİgər xəbərlər