SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi 

Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi 

İdman

20.07.2026, 18:31

Futbol üzrə UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Olimpiyadunyasi.com xəbər verir ki, tədbirdə Azərbaycan təmsilçilərinin də potensial rəqibləri müəyyənləşib.

"Neftçi" II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasını üstələsə, növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi, "Zirə" isə Estoniyanın "Payde" klubunu məğlub etsə, "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) komandası ilə qarşılaşacaq “Qarabağ” isə məğlub olacağı təqdirdə, Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, bu raundun görüşləri avqustun 6 və 13-də keçiriləcək.

Dİgər xəbərlər