SON XƏBƏRLƏR
-
14.08.2026, 13:54
İdmanGimnastımız dünya çempionatında iştirak edib
-
14.08.2026, 11:41
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
-
14.08.2026, 10:59
İdmanDünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
-
14.08.2026, 10:22
İdmanAvropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
-
14.08.2026, 10:08
İdman"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
-
13.08.2026, 22:14
İdmanKonfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
-
12.08.2026, 19:33
İdman«Ən çox sevdiyim iş çörək bişirməkdir»
-
12.08.2026, 18:26
İdman“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
-
12.08.2026, 17:57
İdmanArgentinalı pilota ziyan vurublar
-
12.08.2026, 16:51
İdman“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
-
12.08.2026, 16:44
İdmanYardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
-
12.08.2026, 15:26
İdman“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
-
12.08.2026, 15:05
İdman"Mercedes" sürücüsü subaylıqla vidalaşır
-
12.08.2026, 14:38
İdman"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
-
12.08.2026, 14:24
İdmanAMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
-
12.08.2026, 14:07
İdman"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
-
12.08.2026, 13:55
İdmanLənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
-
12.08.2026, 13:40
İdmanSennanın avtomobili satışa çıxarılıb
-
12.08.2026, 13:03
İdman“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
-
12.08.2026, 12:49
İdmanDuşan Vlahoviç “Beşiktaş”la razılaşdı
-
12.08.2026, 12:14
İdman“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
-
12.08.2026, 11:54
İdmanPilotların yay tətili bir illüstrasiyada yer alıb
-
12.08.2026, 11:43
İdman"Korintians" Memfis Depayla yollarını ayırdı
-
12.08.2026, 11:10
İdmanBu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
-
12.08.2026, 10:50
İdmanMonako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
-
12.08.2026, 10:30
İdmanKriştianu Ronaldo və Corcinya Rodriges evləndi
-
12.08.2026, 10:18
İdmanRoberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
-
12.08.2026, 10:12
İdmanLeverkuzenlilərdən yeni transfer
-
12.08.2026, 00:15
İdman"Sabah"ın rəqibi müəyyənləşdi
-
11.08.2026, 22:38
İdman"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
-
11.08.2026, 22:02
İdmanÇempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
-
11.08.2026, 21:08
İdmanHoradizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
-
11.08.2026, 13:50
İdmanBelçikalı ulduz futbolçu "Fənərbağça"da
-
11.08.2026, 10:28
İdmanÇempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
İdman
16.07.2026, 13:20
"Azərbaycanın kişi və qadınlardan ibarət cüdo yığmaları dünya çempionatına hazırlığı plan üzrə davam etdirir".
Olimpiyadunyasi.com xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.
Federasiya rəsmisinin sözlərinə görə, Azərbaycan milli komandası Bakıda keçiriləcək dünya çempionatına hazırlığa hələ Paris-2024 Yay Olimpiya Oyunlarından sonra başlayıb:
"Bu, dördillik hazırlıq proqramının mühüm mərhələsidir. Əsas hədəfimiz Olimpiya Oyunları olsa da, Bakıda keçiriləcək dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır. Yarışın doğma meydanda keçirilməsi həm federasiya, həm məşqçilər, həm də idmançılar üçün əlavə məsuliyyət yaradır. Hər kəs bu məsuliyyəti dərk edir və hazırlığını buna uyğun qurur".
R.Rəsullu bildirib ki, milli komanda il ərzində çoxsaylı təlim-məşq toplanışları keçib və beynəlxalq turnirlərdə uğurla çıxış edib.
"Komandamız Beynəlxalq Cüdo Federasiyasının Dünya Turu yarışlarında əldə olunan nəticələrə görə iki dəfə Yaponiyadan sonra ikinci yeri tutub. Ümumi reytinqdə isə ilk beşlikdə qərarlaşmışıq. Bu göstəricilər hazırlıq prosesinin düzgün istiqamətdə getdiyini nümayiş etdirir. Lakin dünya çempionatı tamamilə fərqli səviyyəli yarışdır və burada hər idmançı ən yüksək formada çıxış etməyə çalışacaq",- deyə Rəşad Rəsullu qeyd edib.
Federasiya rəsmisi hazırda kişilərdən ibarət əsas komandanın Şəkidə fiziki hazırlıqla bağlı təlim-məşq toplanışında olduğunu bildirib:
"Zədəli idmançılar fərdi proqram əsasında Yaponiyada məşq edirlər. Ayın sonunda komanda Bakıya qayıdacaq, daha sonra isə avqust ayında Qazaxıstanda keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Toplanışda Qazaxıstan, Yaponiya, Özbəkistan və Rusiyadan idmançıların iştirakı gözlənilir. Bundan sonra yığmamız Qazaxıstan və Macarıstanda keçiriləcək "Böyük Dəbilqə" turnirlərində mübarizə aparacaq. Dünya çempionatı üçün yekun heyət də məhz bu yarışlardan sonra müəyyənləşdiriləcək".
Rəşad Rəsullu qadınlardan ibarət yığmanın hazırlıq proqramı barədə də məlumat verib.
"Qadınlardan ibarət komandamız hazırda Şamaxıda fiziki hazırlıq toplanışındadır. Daha sonra yığma Qazaxıstan və Xorvatiyada keçiriləcək təlim-məşq toplanışlarına qatılacaq. "Böyük Dəbilqə" turnirlərindən sonra onların da dünya çempionatı üçün heyəti müəyyənləşəcək. Sentyabr ayında Bakıda dünya çempionatı ərəfəsində beynəlxalq təlim-məşq toplanışının keçirilməsi planlaşdırılır. Sparrinq tərəfdaşlarının olması bizim üçün çox vacibdir. Almaniya və Türkiyə də daxil olmaqla bir sıra ölkələr artıq bu hazırlıq prosesində iştirak etməyə razılıq veriblər", - deyə Rəşad Rəsullu bildirib.