SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Cüdo üzrə dünya ulduzları Bakıya gələcək

Cüdo üzrə dünya ulduzları Bakıya gələcək  

İdman

Bugün, 13:09

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında bu idman növünün ən tanınmış simalarının iştirakı gözlənilir.

Olimpiyadunyasi.com xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Yaponiya və Fransa milli komandaları heyətlərini böyük ölçüdə müəyyənləşdiriblər. "Yalnız bir neçə çəki dərəcəsində yekun seçim prosesi davam edir və Fransa yığmasının həmin qərarları "Böyük Dəbilqə" turnirlərindən sonra açıqlanacaq. Artıq Teddi Riner, Hifumi Abe, Uta Abe, Saki Niizoe və digər tanınmış cüdoçuların Bakıda tatamiyə çıxacağı dəqiqləşib. Bu, dünya çempionatının ulduz idmançıların iştirakı ilə daha da möhtəşəm keçəcəyini göstərir. Bakıdakı çempionatı reytinq xalları qazandıracağından aparıcı cüdoçuların əksəriyyəti yarışda mübarizə aparacaq", - deyə federasiya rəsmisi qeyd edib. 

Dİgər xəbərlər