SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib" 

Rəşad Rəsullu: \"İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib\" 

İdman

Bugün, 12:42

"Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün artıq 670 bilet satılıb. Satılan biletlərin 80 faizi xarici ölkələrdən alınıb" .

Olimpiyadunyasi.com xəbər verir ki,  bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dünya çempionatının bilet satışına iyulun 2-dən start verilib.

R.Rəsullu qeyd edib ki, indiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə ediblər.

“Dünya çempionatına böyük maraq var. Eyni zamanda, yarış ölkə iqtisadiyyatına, xüsusilə turizm sektoruna  müəyyən töhfə verəcək. Biletləri həm onlayn, həm də şəhərdə fəaliyyət göstərən fiziki satış məntəqələrindən əldə etmək mümkündür. Federasiya bilet satışının təşviqi istiqamətində müxtəlif kampaniyaları davam etdirəcək. Qeyd edim ki, iyulun 3-də Beynəlxalq Cüdo Federasiyası dünya çempionatının rəsmi əsasnaməsini dərc edib. Sənəddə media akkreditasiyası proseduru da ətraflı əks olunub", deyə Rəşad Rəsullu bildirib. 

Dİgər xəbərlər