SON XƏBƏRLƏR
-
Bugün, 14:49
İdmanAMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
-
Bugün, 14:30
İdmanAzərbaycanı beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq
-
07.07.2026, 22:45
İdmanAzərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
-
07.07.2026, 22:22
İdmanDÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
-
07.07.2026, 21:02
İdmanÇempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
-
07.07.2026, 20:41
İdmanBOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
-
07.07.2026, 19:48
İdmanAMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
-
07.07.2026, 13:48
İdmanQubada yenilənmiş güləş zalı istifadəyə verilib
-
07.07.2026, 13:20
GündəmAvropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
-
07.07.2026, 13:05
İdman"Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nun açılış mərasimi keçirilib
-
07.07.2026, 01:11
İdmanDÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı
-
06.07.2026, 17:42
İdmanCəmil Əliyevə növbəti sertifikat təqdim olunub
-
06.07.2026, 16:38
İdmanDÇ-2026: 1/4 finalın növbəti iştirakçıları müəyyənləşir
-
06.07.2026, 16:22
İdmanUEFA bəyanat yaydı
-
06.07.2026, 11:42
MOKAzərbaycan birinciliyinin qalibləri müəyyənləşib
-
06.07.2026, 10:43
İdmanMillimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
-
06.07.2026, 08:59
İdmanDünya çempionatı: İngiltərə millisi 1/4 finalda
-
03.07.2026, 13:40
MOKAMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
-
03.07.2026, 13:20
İdmanAvropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
-
03.07.2026, 11:41
İdmanFərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
-
03.07.2026, 11:34
İdmanAtletlərimiz Balkan çempionatında iştirak edəcək
-
03.07.2026, 11:24
İdman"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
-
02.07.2026, 17:06
İdmanDÇ-2026: 1/8 finalın daha üç iştirakçısının adına aydınlıq gələcək
-
01.07.2026, 17:06
GündəmBakıda İBA Çempionlar Gecəsi keçiriləcək
-
01.07.2026, 16:50
İdmanOlimpiya mükafatçımız reytinq siyahısına başçlıq edir
-
01.07.2026, 16:34
İdmanParabadmintonçularla görüş keçirilib
-
01.07.2026, 16:14
İdmanŞose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
-
01.07.2026, 16:04
İdmanYardımlıda cüdo üzrə region birinciliyi keçiriləcək
-
01.07.2026, 15:58
İdmanStolüstü tennisçilər respublika birinciliyində yarışırlar
-
30.06.2026, 13:43
MüsahibəAtlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
-
30.06.2026, 13:02
MOKMOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
-
29.06.2026, 13:44
MOKİstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
-
29.06.2026, 11:09
İdmanAzərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
-
29.06.2026, 10:44
İdmanDeflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
İdman
Bugün, 14:49
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) regionda ilk dəfə "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib.
Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib.
Müxtəlif idman federasiyaları və təşkilatlarını təmsil edən 32 iştirakçının cəlb olunduğu proqramın məqsədi antidopinq sahəsində daxili ekspert resurslarının formalaşdırılmasını, institusional bilik və bacarıqların gücləndirilməsini, eləcə də əldə olunan antidopinq sahəsində biliklərin sistemli şəkildə daha geniş auditoriyaya çatdırılmasını təmin etməkdir.
Proqramın təlim hissəsi üç qrup və antidopinq fəaliyyətinin əsas istiqamətlərini əhatə edən üç tematik modul və təqdimat bacarıqları üzrə keçirilib. Təlim iştirakçıları antidopinq sahəsində hüquqi çərçivə, testetmənin əsasları, tibbi aspektlər və təqdimat bacarıqları üzrə bilik və bacarıqlar əldə ediblər. Tədris materialları beynəlxalq antidopinq standartlarına uyğun hazırlanıb. Proqramın məzmunu isə 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulan yeni Ümumdünya Antidopinq Məcəlləsinin prinsip və tələbləri nəzərə alınmaqla formalaşdırılıb.
Açılış nitqində AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, beynəlxalq antidopinq təcrübəsində təhsil dopinqlə mübarizənin ən vacib istiqamətlərindən biri hesab olunur. Onun sözlərinə görə, antidopinq qayda pozuntularının qarşısının alınmasında ən effektiv vasitə maarifləndirmə və təhsildir, çünki davamlı profilaktik nəticələr yalnız sistemli təhsil fəaliyyəti ilə əldə edilə bilər.
"Beynəlxalq təcrübə göstərir ki, federasiyaların öz daxilində hazırlıqlı və sertifikatlı təlimçilərin olması antidopinq təhsilinin davamlılığını və əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Bu yanaşma biliklərin daha çevik ötürülməsinə, idmançı və mütəxəssislərlə müntəzəm əlaqənin qurulmasına, eyni zamanda təmiz idman dəyərlərinin təşkilat daxilində daha effektiv təşviqinə imkan yaradır. Məqsədimiz ölkədə keyfiyyətli antidopinq təhsilinin dayanıqlı və uzunmüddətli modelini formalaşdırmaqdır", – deyə icraçı direktor əlavə edib.
Proqramın yekun mərhələsində iştirakçılar nəzəri biliklər və təqdimat bacarıqlarını əhatə edən kompleks attestasiyadan keçəcəklər. İmtahanı uğurla başa vuran iştirakçılara AMADA tərəfindən rəsmi birillik "Təlimçi sertifikatı" təqdim olunacaq. Sertifikat sahibi olan təlimçilər təmsil etdikləri idman təşkilatlarında antidopinq üzrə təlim və seminarlar keçirmək, həmçinin AMADA ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və tədris fəaliyyətlərini həyata keçirmək icazəsi əldə edəcəklər. Təlimlərin keyfiyyətinin və effektivliyinin təmin olunması məqsədilə Agentlik tərəfindən mütəmadi monitorinq tədbirləri həyata keçiriləcək. Sertifikatlı təlimçilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün illik resertifikasiya mexanizmi tətbiq olunacaq.
Yeni proqramın ölkədə antidopinq təhsilinin əhatə dairəsinin genişlənməsinə, federasiyaların institusional potensialının güclənməsinə və təmiz idman mədəniyyətinin daha da inkişafına mühüm töhfə verəcəkdir.