SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatı: İngiltərə millisi 1/4 finalda 

Dünya çempionatı: İngiltərə millisi 1/4 finalda 

İdman

Bugün, 08:59

Futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. 

Olimpiyadunyasi.com xəbər verir ki, İngiltərə millisi Meksika yığması ilə qarşılaşıb. Oyun avropalıların minimal hesablı qələbəsi ilə başa çatıb -2:3. İngiltərə yığmasının heyətində Cud Bellinqem (36, 38) və Harri Keyn (60-p.) fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenez (69-p.) dəqiq zərbə müəllifi olublar.

İngiltərə millisi 1/4 finalda Norveç seçməsi qarşılaşacaq. 

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.

Dİgər xəbərlər