SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb

Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb   

İdman

28.06.2026, 22:40

Litvada akademik avarçəkmə üzrə 64-cü dəfə təşkil edilən ənənəvi “Amber Oars” beynəlxalq turnirində Nurlan Paşayev uğurlu çıxışı ilə yadda qalıb. Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, birnəfərlik qayıqda yüngül çəkili idmançıların yarışında mübarizə aparan idmançımız bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb. Beləliklə, Azərbaycan yığmasının turnirdə qazandığı ilk medal qızıl əyarlı olub.

Qeyd edək ki, “Amber Oars” beynəlxalq turniri akademik avarçəkmə üzrə ənənəvi və nüfuzlu beynəlxalq yarışlardan hesab olunur.

Dİgər xəbərlər