SON XƏBƏRLƏR
-
Bugün, 00:42
DigərBu gün Milli Mətbuat Günüdür
-
21.07.2026, 18:15
GündəmMOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
-
21.07.2026, 18:04
İdmanMilli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
-
21.07.2026, 17:43
İdman“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
-
21.07.2026, 17:24
İdmanMillimizin oyunlarının təqvimi açıqlanıb
-
21.07.2026, 15:52
İdman"Şalke 04" mövsümə mənfi göstərici ilə başlaya bilər
-
21.07.2026, 15:37
İdman"Barselona"nın futbolçusu Madrid "Real"ının transfer siyahısında
-
21.07.2026, 15:25
İdmanFIFA Paredes barədə yekun qərarını açıqladı
-
21.07.2026, 15:18
İdmanMillinin qapıçısı “Zirə”yə keçib
-
21.07.2026, 14:07
İdmanZinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub
-
21.07.2026, 10:42
İdmanSofiyadan 4 medal
-
21.07.2026, 10:14
İdman"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
-
20.07.2026, 18:31
İdmanKlublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
-
20.07.2026, 16:09
İdmanAvarçəkmə “İdman paytaxtı” Qazaxda
-
20.07.2026, 14:32
İdmanQazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
20.07.2026, 13:37
MüsahibəHacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
-
20.07.2026, 13:28
Gündəmİspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
-
20.07.2026, 13:14
İdmanBakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
-
20.07.2026, 12:42
İdmanÜzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
-
20.07.2026, 12:28
İdmanİdmançımız Minskdə bürünc mükafat qazanıb
-
20.07.2026, 12:18
İdmanAvarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
-
20.07.2026, 08:58
İdmanMbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
-
20.07.2026, 02:57
Gündəmİspaniya millisinə dünya kuboku təqdim edildi
-
20.07.2026, 02:49
İdmanDÇ-2026-nın ən yaxşıları müəyyənləşib
-
20.07.2026, 02:18
İdmanİspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
-
20.07.2026, 00:22
İdman“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
-
17.07.2026, 11:37
İdmanDünya çempionlarına xüsusi üzük veriləcək
-
17.07.2026, 11:09
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
-
17.07.2026, 10:15
İdmanAzərbaycanın UEFA reytinqindəki əmsalı artıb
-
17.07.2026, 01:58
İdmanAvropa Liqası: "Qarabağ" növbəti mərhələdə
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
16.07.2026, 22:46
İdmanBakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
-
16.07.2026, 21:57
İdman"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
İdman
24.06.2026, 18:02
Azərbaycan idman tarixinin qorunması, tanınmış idmançıların həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdən biridir. Bu baxımdan “Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Həmin guşənin formalaşdırılmasında Prezidentin fərdi təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin xidmətləri də danılmazdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Olimpiya Akademiyasının “Kütləvi İdman” bölməsinin sədri, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev uzun illər Azərbaycan idmanının tarixi, inkişaf mərhələləri və görkəmli idman xadimlərinin fəaliyyətinin araşdırılması ilə məşğul olmuşdur. Onun əsas tədqiqat istiqamətlərində
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişaf tarixi, Olimpiya hərəkatı, idman təhsili və pedaqogikası, müstəqillik dövründə Azərbaycan idmanının inkişaf mərhələləri xüsusi qeyd olunmalıdır. Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində ilk və yeganə müdafiə etmiş elmlər doktoru dissertasiyası “Azərbaycan Respublikasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişafi istiqamətləri (1991-2015-ci illər)” mövzusuna həsr edilib..
Dilqəm Quliyev ölkədə idmanşünaslıq və idman pedaqogikası üzrə aparıcı tədqiqatçılardan biri hesab olunur.
O, Azərbaycan İdman Akademiyasında 55 ilə yaxın elmi-pedaqoji fəaliyyət göstərməklə yanaşı, idman tarixinin öyrənilməsi və təbliği istiqamətində də mühüm işlər həyata keçirmişdir. Müəllifi olduğu 500-ə yaxın əsərlər, kitablar, monoqrafiyalar, dərsliklər və elmi məqalələr Azərbaycan idmanının salnaməsini yaratmağa xidmət edir.
“Xatirələrdə yaşayanlar” guşəsinin yaradılmasında əsas məqsəd Azərbaycan idmanının inkişafında xidmətləri olmuş veteran idmançıların həyat yolunu, qazandıqları uğurları və cəmiyyət qarşısındakı xidmətlərini yaşatmaqdır. Professor Dilqəm Quliyev bu təşəbbüs vasitəsilə veteran idmançıların zəngin təcrübəsinin unudulmamasına, onların gənc nəslə nümunə kimi təqdim edilməsinə çalışmışdır. Onun fəaliyyətində idman tarixinin qorunması, vətənpərvərlik hisslərinin aşılanması və milli dəyərlərin təbliği mühüm yer tutur. Bu guşənin gələcəkdə gənc nəslə verəcəyi töhfələr olduqca əhəmiyyətlidir. İlk növbədə gənclər Azərbaycan idmanının keçdiyi inkişaf yolunu öyrənəcək, tanınmış idmançıların zəhməti, əzmkarlığı və vətənə bağlılığı haqqında məlumat əldə edəcəklər. Bundan əlavə, veteran idmançıların həyat hekayələri gənclərdə vətənpərvərlik, milli qürur, mübarizlik və sağlam həyat tərzinə maraq kimi keyfiyyətlərin formalaşmasına kömək edəcəkdir.
Bu guşə keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayaraq idman ənənələrinin davamlılığını təmin edəcəkdir.