SON XƏBƏRLƏR
-
Bugün, 00:42
DigərBu gün Milli Mətbuat Günüdür
-
21.07.2026, 18:15
GündəmMOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
-
21.07.2026, 18:04
İdmanMilli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
-
21.07.2026, 17:43
İdman“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
-
21.07.2026, 17:24
İdmanMillimizin oyunlarının təqvimi açıqlanıb
-
21.07.2026, 15:52
İdman"Şalke 04" mövsümə mənfi göstərici ilə başlaya bilər
-
21.07.2026, 15:37
İdman"Barselona"nın futbolçusu Madrid "Real"ının transfer siyahısında
-
21.07.2026, 15:25
İdmanFIFA Paredes barədə yekun qərarını açıqladı
-
21.07.2026, 15:18
İdmanMillinin qapıçısı “Zirə”yə keçib
-
21.07.2026, 14:07
İdmanZinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub
-
21.07.2026, 10:42
İdmanSofiyadan 4 medal
-
21.07.2026, 10:14
İdman"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
-
20.07.2026, 18:31
İdmanKlublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
-
20.07.2026, 16:09
İdmanAvarçəkmə “İdman paytaxtı” Qazaxda
-
20.07.2026, 14:32
İdmanQazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
20.07.2026, 13:37
MüsahibəHacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
-
20.07.2026, 13:28
Gündəmİspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
-
20.07.2026, 13:14
İdmanBakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
-
20.07.2026, 12:42
İdmanÜzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
-
20.07.2026, 12:28
İdmanİdmançımız Minskdə bürünc mükafat qazanıb
-
20.07.2026, 12:18
İdmanAvarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
-
20.07.2026, 08:58
İdmanMbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
-
20.07.2026, 02:57
Gündəmİspaniya millisinə dünya kuboku təqdim edildi
-
20.07.2026, 02:49
İdmanDÇ-2026-nın ən yaxşıları müəyyənləşib
-
20.07.2026, 02:18
İdmanİspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
-
20.07.2026, 00:22
İdman“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
-
17.07.2026, 11:37
İdmanDünya çempionlarına xüsusi üzük veriləcək
-
17.07.2026, 11:09
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
-
17.07.2026, 10:15
İdmanAzərbaycanın UEFA reytinqindəki əmsalı artıb
-
17.07.2026, 01:58
İdmanAvropa Liqası: "Qarabağ" növbəti mərhələdə
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
16.07.2026, 22:46
İdmanBakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
-
16.07.2026, 21:57
İdman"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
İdman
23.06.2026, 04:03
Belçikanın Varegem şəhərində ustalar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilir. İyunun 19-da start götürən mötəbər yarışda Azərbaycan komandası iki idmançı ilə təmsil olunur.
M-75 yaş kateqoriyasında 79 kq çəki dərəcəsində çıxış edən Sərdar Quliyev artıq mübarizəni başa vurub. Təmsilçimiz birdən qaldırmada 52 kq, təkanla qaldırmada isə 65 kq nəticə göstərərək ümumi nəticədə gümüş medala layiq görülüb.
Komandamızın digər üzvü Zülfüqar Süleymanov isə iyunun 24-də körpücük üzərinə çıxacaq. O, M-40 yaş kateqoriyasında 71 kq çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, iyunun 27-dək davam edəcək Avropa çempionatında müxtəlif yaş qrupları üzrə ümumilikdə 541 kişi və 471 qadın idmançı medallar uğrunda yarışır.
Yarışdan əvvəl Olimpiyadunyasi.com-a hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşən Zülfüqar Süleymanov qeyd edib: “2025-ci ildə ustalar arasında Avropa çempionatında iştirak etmişdim. Həmin yarışda 65 kq çəki dərəcəsində çempion olmaqla yanaşı, təkanla qaldırmada 137 kq nəticə göstərərək Avropa rekordunu da yeniləmişdim. İlin sonunda isə İspaniyada keçirilən Aralıq dənizi Oyunlarında faktiki çəkim 66 kq olmasına baxmayaraq, 71 kq çəki dərəcəsində qızıl medal qazandım. Bu dəfə də 71 kq-da gücümü sınayacağam. Yarışa hazırlığım yüksək səviyyədə keçib. Əvvəlki yarışlardakı nəticələrimi təkrarlaya bilsəm, qaliblər sırasında yer alacağam. İnanıram ki, bu yarışdan da yaxşı nəticə ilə Vətənə qayıdacağam. Fürsətdən istifadə edərək yarışa ezam olunmağımda göstərilən dəstəyə görə AZAL – Azərbaycan Hava Yollarına minnətdarlığımı bildirirəm", - deyə Zülfüqar Süleymanov bildirib.