SON XƏBƏRLƏR
-
Bugün, 00:42
DigərBu gün Milli Mətbuat Günüdür
-
21.07.2026, 18:15
GündəmMOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
-
21.07.2026, 18:04
İdmanMilli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
-
21.07.2026, 17:43
İdman“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
-
21.07.2026, 17:24
İdmanMillimizin oyunlarının təqvimi açıqlanıb
-
21.07.2026, 15:52
İdman"Şalke 04" mövsümə mənfi göstərici ilə başlaya bilər
-
21.07.2026, 15:37
İdman"Barselona"nın futbolçusu Madrid "Real"ının transfer siyahısında
-
21.07.2026, 15:25
İdmanFIFA Paredes barədə yekun qərarını açıqladı
-
21.07.2026, 15:18
İdmanMillinin qapıçısı “Zirə”yə keçib
-
21.07.2026, 14:07
İdmanZinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub
-
21.07.2026, 10:42
İdmanSofiyadan 4 medal
-
21.07.2026, 10:14
İdman"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
-
20.07.2026, 18:31
İdmanKlublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
-
20.07.2026, 16:09
İdmanAvarçəkmə “İdman paytaxtı” Qazaxda
-
20.07.2026, 14:32
İdmanQazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
20.07.2026, 13:37
MüsahibəHacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
-
20.07.2026, 13:28
Gündəmİspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
-
20.07.2026, 13:14
İdmanBakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
-
20.07.2026, 12:42
İdmanÜzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
-
20.07.2026, 12:28
İdmanİdmançımız Minskdə bürünc mükafat qazanıb
-
20.07.2026, 12:18
İdmanAvarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
-
20.07.2026, 08:58
İdmanMbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
-
20.07.2026, 02:57
Gündəmİspaniya millisinə dünya kuboku təqdim edildi
-
20.07.2026, 02:49
İdmanDÇ-2026-nın ən yaxşıları müəyyənləşib
-
20.07.2026, 02:18
İdmanİspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
-
20.07.2026, 00:22
İdman“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
-
17.07.2026, 11:37
İdmanDünya çempionlarına xüsusi üzük veriləcək
-
17.07.2026, 11:09
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
-
17.07.2026, 10:15
İdmanAzərbaycanın UEFA reytinqindəki əmsalı artıb
-
17.07.2026, 01:58
İdmanAvropa Liqası: "Qarabağ" növbəti mərhələdə
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
16.07.2026, 22:46
İdmanBakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
-
16.07.2026, 21:57
İdman"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
İdman
29.06.2026, 11:09
Olimpiya çempionumuz yeni çəkidə ilk medalını qazandı
İyunun 26-28-də Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri Azərbaycan millisinin uğurlu çıxışı ilə yadda qaldı. Olimpiyadunyasi.com xəbər verir ki, dünyanın 57 ölkəsindən 500 (265 kişi, 235 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan komandası 17 idmançı (11 kişi, 6 qadın) ilə təmsil olundu. Millimiz turniri 1 qızıl və 3 bürünc medalla başa vurdu. Təmsilçilərimizdən Zelim Tçkayev (-81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazandı. Olimpiya çempionu Hidayət Heydərov (-81 kq), Əhməd Yusifov (-60 kq) və Murad Fətiyev (-90 kq) isə bürünc medala sahib oldu. Bu nəticə ilə Azərbaycan kişilər arasında komanda hesabında Yaponiya və Rusiyadan sonra üçüncü, ümumi komanda hesabında isə dördüncü yeri tutdu. Güclü Yaponiya və Rusiya komandaları ilə mübarizədə cüdoçularımızın əldə etdiyi bu nəticələr, ölkəmizin dünya cüdosunda aparıcı mövqeyini bir daha təsdiqlədi.
Turnirin ən yaddaqalan nəticələrindən birinə Zelim Tçkayev imza atdı. O, -81 kq çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazandı.
Qran-Prinin digər diqqətçəkən məqamlarından biri Hidayət Heydərovun yeni -81 kq çəki dərəcəsində ilk böyük beynəlxalq yarışında medal qazanması oldu. Bir həftə əvvəl artıq çəki səbəbindən Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində işttirak edə bilməyən dünya, dördqat Avropa və Olimpiya çempionumuz bu dəfə özünün -81 kq çəki dərəcəsində sınadı. Çəki dəyişikliyindən sonra qısa müddətdə əldə olunan bu nəticə Olimpiya çempionumuzun yeni çəkidə də uğur qazanmaq potensialına malik olduğunu nümayiş etdirdi.
Digər sevindirici məqam isə Murad Fətiyevlə bağlı oldu. O, ötən həftə Ulan-Bator sınağında qazandığı bürünc medaldan sonra Sindao Qran-Prisində də fəxri kürsünün üçüncü pilləsinə yüksəldi. Ardıcıl iki nüfuzlu beynəlxalq turnirdə bürünc medal qazanması cüdoçunun sabit idman formasında olduğunu göstərdi.
-60 kq-da mübarizə aparan Əhməd Yusifovun bürünc medalı da milli komandanın ümumi uğuruna mühüm töhfə verdi. O, ən rəqabətli çəkilərdən birində medal qazanmaqla milli komandamızın yüngül çəkilərdə də yüksək potensiala malik olduğunu sübuta yetirdi.
Sindao Qran-Prisində qazanılan nəticələr bir daha göstərdi ki, Azərbaycan cüdosu beynəlxalq arenada mövqeyini möhkəmləndirməkdə davam edir. dünya və Avropa çempionatları, "Böyük Dəbilqə" və Qran-Pri turnirlərində əldə olunan müntəzəm uğurlar milli komandanın qarşıdakı mötəbər yarışlara yüksək hazırlıq səviyyəsində yollandığını deməyə əsas verir.