SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı

İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı

İdman

Bugün, 00:06

Futbol üzrə dünya çempionatında ilk finalçının adına aydınlıq gəlib. 

Olimpiyadunyasi.com xəbər verir ki, bu yarımfinal görüşündə Fransa yığmasına 2:0 hesabı ilə qalib gələn İspaniya millisi olub. Dallas stadionunda keçirilən oyunda "Qırmızı furiya"ya qələbə gətirən qolları Mikel Oyarsabal (22-p.) və Pedro Porro (58) vurublar.

İspaniya yığmasının həlledici mərhələdəki rəqibi bu gün keçiriləcək İngiltərə - Argentina matçından sonra müəyyənləşəcək. Fransa yığması isə üçüncü yer uğrunda mübarizə aparacaq. 

Dİgər xəbərlər