SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə

Avropa Liqası: \"Qarabağ\" növbəti mərhələdə

İdman

Bugün, 01:58

Futbol üzrə UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" klubu I təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Olimpiyadunyasi.com xəbər verir ki, Azərbaycan təmsilçisi mərhələnin cavab oyununda səfərdə İslandiyanın "Vestri" klubunun qonağı olub. Reykyavikdə yerləşən "Torfnesvöllur" stadionunda keçirilən qarşılaşmada "Qarabağ" klubu rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivdə qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo, 57-ci dəqiqədə isə Zakarya Savo vurub.

Xatırladaq ki, Bakıdakı ilk görüş də "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən 6:0 hesabı ilə üstün olan Azərbaycan klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ"ın növbəti mərhlədəki rəqibi Bolqarıstanın ÇSKA (Sofiya) komandası olacaq. Komandalar arasında ilk matç iyulun 23-də Bakıda keçiriləcək.

Dİgər xəbərlər