SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Sofiyada gümüş medal

Sofiyada gümüş medal

İdman

16.07.2026, 14:50

Bolqarıstanda keçirilən “Sofia Diving Cup” yarışında iştirak edən suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Mehri Ağayeva qızlar arasında E qrupu üzrə 1 metr tramplindən tullanma kateqoriyasında gümüş medala layiq görülüb.

Olimpiyadunyasi.com Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub. 

Eyni kateqoriya üzrə ötən ilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.

Qeyd edək ki, Sofiya şəhərində 14-17 iyul tarixləri arasında keçirilən turnirdə 15 ölkədən ümumilikdə 187 idmançı çıxış edir. Milli komandamız yarışda 7 idmançı ilə (Alisa Hacıyeva (12 yaş), Ayla Hüseynova (12 yaş), Maqsud Tahirli (12 yaş), Mehri Ağayeva (8 yaş), Muhəmməd Hüseynov (9 yaş), Sofiya Ağayeva (6 yaş), Suada Tahir (14 yaş). Baş məşqçi – Anton Melnikov, məşqçi – Angelina Melnikova) təmsil olunub. 

Dİgər xəbərlər