SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Üzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar

Üzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar

İdman

20.07.2026, 12:42

Gürcüstanın Kutaisi şəhərində keçirilən Beynəlxalq Üzgüçülük Çempionatında Azərbaycan milli komandası daha 26 medal qazanıb.

Olimpiyadunyasi.com Azərbaycan Üzgüçülük Fededasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onların 8-i qızıl, 10-u gümüş (7 fərdi, 3 estafet) və 7-si bürüncdür.

Qızıl medallar:

Oğlanlar arasında 50 metr bras üsulu – Yeqor MaynitskiNəticə: 30.47

Oğlanlar arasında 100 metr kəpənək üsulu – Abdurrəhman RüstəmovNəticə: 55.07

Qızlar arasında 100 metr kəpənək üsulu – Mehri ƏbdürəhmanlıNəticə: 1:06.89

Oğlanlar arasında 100 metr bras üsulu – Yeqor MaynitskiNəticə: 1:04.33 (şəxsi rekord)

Qızlar arasında 200 metr sərbəst üsul – Məryəm CavadovaNəticə: 2:09.98

Oğlanlar arasında 200 metr sərbəst üsul – Ramal SadıqlıNəticə: 1:59.82

Oğlanlar arasında 200 metr kəpənək üsulu – Ramil VəlizadəNəticə: 2.04.28

Qızlar arasında 400 metr sərbəst üsul – Məryəm CavadovaNəticə: 4:36.70

Gümüş medallar:

Qızlar arasında 50 metr arxasıüstə – Mehri ƏbdürəhmanlıNəticə: 31.51

Oğlanlar arasında 100 metr kəpənək üsulu – Ramil VəlizadəNəticə: 55.76

Oğlanlar arasında 200 metr sərbəst üsul – Amin OrucluNəticə: 2:00.30

Qızlar arasında 200 metr arxasıüstə üsulu – Vlastilina XasyanovaNəticə: 2:32.27

Oğlanlar arasında 400 metr sərbəst üsul – Amin OrucluNəticə: 4.16.08

Qızlar arasında 400 metr sərbəst üsul – Məryəm CavadovaNəticə: 4:36.70

Oğlanlar arasında 400 metr qarışıq üsul – Yeqor MaynitskiNəticə: 4:30.88 (şəxsi rekord)

Qızlar arasında 4×100 estafet qarışıq üsul – 4:49.64

Anastasiya BoborıkinaNəticə: 1:17.85

Mehri ƏbdürəhmanlıNəticə: 1:08.08

Məryəm CavadovaNəticə: 59.7

Vlastilina XasyanovaNəticə: 1:13.41

Oğlanlar arasında 4×100 estafet qarışıq üsul – 3:54.46

Abdurrəhman RüstəmovNəticə: 51.8

Oqtay HüseynovNəticə: 1:00.33

Ramil VəlizadəNəticə: 54.9

Səid HəmidovNəticə: 1:05.6

Qarışıq 4×100 estafet sərbəst üsul – 3:46.36

Abdurrəhman RüstəmovNəticə: 52.04

Məryəm CavadovaNəticə: 59.30

Ramil VəlizadəNəticə: 52.70

Vlastilina XasyanovaNəticə: 1.02.90

Bürünc medallar:

Qızlar arasında 50 metr bras üsulu – Anastasiya BoborıkinaNəticə: 34.21

Qızlar arasında 100 metr bras üsulu – Anastasiya BoborıkinaNəticə: 1:18.36

Qızlar arasında 200 metr sərbəst üsul – Məryəm CavadovaNəticə: 2:09.98

Qızlar arasında 200 metr arxasıüstə üsulu – Vlastilina XasyanovaNəticə: 2:32.27

Oğlanlar arasında 400 metr qarışıq üsul – Oqtay HüseynovNəticə: 4:32.51

Oğlanlar arasında 400 metr sərbəst – Oqtay HüseynovNəticə: 4.05.91

Oğlanlar arasında 400 metr sərbəst – Ramal SadıqlıNəticə: 4.18.24

Xatırladaq ki, turnirin ilk günündə milli komanda 7 medal qazanıb.

Yarış 16-19 iyul tarixlərində Kutaisi şəhərində keçirilir. Milli komandamız turnirdə 11 idmançıyla təmsil olunur: Abdurrəhman Rüstəmov (20 yaş), Amin Oruclu (14 yaş), Anastasiya Boborıkina (16 yaş), Mehri Əbdürəhmanlı (15 yaş), Məryəm Cavadova (14 yaş), Oqtay Hüseynov (16 yaş), Ramal Sadıqlı (15 yaş), Ramil Vəlizadə (22 yaş), Səid Həmidov (19 yaş), Vlastilina Xasyanova (16 yaş), Yeqor Maynitski (16 yaş). Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Teymur Quliyev, Rəşad Alquliyev.

Dİgər xəbərlər