SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib  

İdman

Bugün, 10:49

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32 illiyi münasibətilə avarçəkmə idmanı ilə tanışlıq və təcrübə sessiyası təşkil olunub.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Su İdman Növləri Fededasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, nazirlik yanında İctimai Şura, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini avarçəkmə idman növü ilə yaxından tanış etmək, sağlam həyat tərzini təşviq etmək və gənclər arasında idmana marağı artırmaq olub.

Tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının peşəkar təlimçiləri iştirakçılara təhlükəsizlik qaydaları, avarçəkmə texnikası və qayıqlardan düzgün istifadə ilə bağlı məlumat veriblər. Nəzəri hissədən sonra iştirakçılar su üzərində praktiki məşğələyə qoşularaq avarçəkmə təcrübəsi əldə ediblər.

Sessiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi baxımından uğurlu təşəbbüs kimi qiymətləndirilib.

Dİgər xəbərlər