SON XƏBƏRLƏR
-
Bugün, 19:52
İdmanAvropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
-
Bugün, 18:59
İdmanQazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
-
Bugün, 17:43
İdmanU-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
-
Bugün, 16:50
İdmanQazaxda Federasiya Kuboku yarışı keçirilib
-
Bugün, 14:32
İdmanAvropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
-
Bugün, 10:57
İdmanRüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
-
Bugün, 10:50
İdmanNatiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
-
Bugün, 10:49
İdmanGənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
-
Bugün, 10:17
İdmanAvropa Cüdo Ümidləri Turnirinə start verilib
-
Bugün, 08:46
İdmanU17 dünya çempionatının medalları təqdim olundu
-
24.07.2026, 21:51
İdmanAvropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
-
24.07.2026, 19:50
İdmanBakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
-
24.07.2026, 15:46
İdman“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
-
24.07.2026, 13:44
İdmanElxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
-
24.07.2026, 13:14
İdmanDünya çempionundan təsirli paylaşım
-
24.07.2026, 13:07
İdmanAzərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
-
24.07.2026, 10:19
İdmanOnur Quluzadənin növbəti sınağı
-
23.07.2026, 22:25
İdmanKonfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
-
23.07.2026, 13:31
İdmanFrenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
-
23.07.2026, 12:54
İdmanAvarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
-
23.07.2026, 12:30
İdman"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
-
23.07.2026, 11:42
İdmanÖlkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
-
23.07.2026, 11:15
İdmanKonfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
-
23.07.2026, 10:36
İdmanDünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
-
23.07.2026, 10:12
İdmanUEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
-
22.07.2026, 22:40
İdmanMedia nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
-
22.07.2026, 22:20
İdmanAzərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
-
22.07.2026, 22:10
İdman"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
-
22.07.2026, 22:01
İdmanKonfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
-
22.07.2026, 00:42
DigərBu gün Milli Mətbuat Günüdür
-
21.07.2026, 18:15
GündəmMOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
-
21.07.2026, 18:04
İdmanMilli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
-
21.07.2026, 17:43
İdman“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
-
21.07.2026, 17:24
İdmanMillimizin oyunlarının təqvimi açıqlanıb
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
İdman
Bugün, 16:50
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 25-də ölkəmizin “İdman Paytaxtı” Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçirilib.
Olimpnews.az Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında bildirib ki, “İdman Paytaxtı” seçilməsi ilə əlaqədar, il ərzində Qazaxda çoxsaylı idman tədbirləri təşkil olunub, yeni idman obyektləri istifadəyə verilib. O, bu cür yarışların bölgədə idmana marağın daha da artmasına mühüm töhfə verdiyini vurğulayaraq, Qazaxda ilk dəfə velosiped yarışının keçirilməsinə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkürünü bildirib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov Qazax Rayon İcra Hakimiyyətinə göstərilən dəstəyə və yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib. O qeyd edib ki, Federasiya Kubokunda ətraf rayonlardan olan idmançılarla yanaşı, Qazaxı təmsil edən velosipedçilərin də iştirak etməsi bölgədə bu idman növünün inkişafına və gənclərin velosiped idmanına marağının artmasına müsbət təsir göstərəcək.
Qazax şəhərinin mərkəzi küçələrində təşkil olunan yarış böyük tamaşaçı marağı ilə qarşılanıb. Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin 150-dən artıq oğlan və qız idmançısı 5 km məsafəyə qrup ötüşməsi üzrə mübarizə aparıblar. Yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil edilib. 6 kateqoriya üzrə qalib və mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar.
********
Federasiya Kuboku
25 iyul 2026-cı il
Qazax şəhəri
Region idmançıları
Qızlar (2013-2015)
1. Fatimə Qurbanova (Ağdaş UGİŞM)
2. Mənsurə Hüseynli (Ağdaş UGİŞM)
3. Leyla Seyidzadə (Ağdaş UGİŞM)
Oğlanlar (2012-2014)
1. Kamran Abdullayev (Ağdaş UGİŞM)
2. Elvin Məmmədov (Gədəbəy UGİŞM)
3. Fuad Həsənov (Ağstafa UGİŞM)
Oğlanlar (2008-2011)
1. Əli Əlizadə (İsmayıllı UGİŞM)
2. Nəsimi Məmmədli (İsmayıllı UGİŞM)
3. Samir Kərimov (Ağdaş UGİŞM)
Qazax idmançıları
Qızlar (2010-2014)
1. Xədicə Əliyeva
2. Çiçək Quliyeva
3. Zəhra Nağıyeva
Oğlanlar (2014-2017)
1. Nicat Əfəndiyev
2. Ceyhun Əsgərov
3. Uğur Abdullayev
Oğlanlar (2010-2013)
1. Talıb Əliyev
2. Elxan Daşdəmirov
3. Rövşən Yarəhmədov