SON XƏBƏRLƏR
-
Bugün, 00:42
DigərBu gün Milli Mətbuat Günüdür
-
21.07.2026, 18:15
GündəmMOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
-
21.07.2026, 18:04
İdmanMilli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
-
21.07.2026, 17:43
İdman“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
-
21.07.2026, 17:24
İdmanMillimizin oyunlarının təqvimi açıqlanıb
-
21.07.2026, 15:52
İdman"Şalke 04" mövsümə mənfi göstərici ilə başlaya bilər
-
21.07.2026, 15:37
İdman"Barselona"nın futbolçusu Madrid "Real"ının transfer siyahısında
-
21.07.2026, 15:25
İdmanFIFA Paredes barədə yekun qərarını açıqladı
-
21.07.2026, 15:18
İdmanMillinin qapıçısı “Zirə”yə keçib
-
21.07.2026, 14:07
İdmanZinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub
-
21.07.2026, 10:42
İdmanSofiyadan 4 medal
-
21.07.2026, 10:14
İdman"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
-
20.07.2026, 18:31
İdmanKlublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
-
20.07.2026, 16:09
İdmanAvarçəkmə “İdman paytaxtı” Qazaxda
-
20.07.2026, 14:32
İdmanQazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
20.07.2026, 13:37
MüsahibəHacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
-
20.07.2026, 13:28
Gündəmİspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
-
20.07.2026, 13:14
İdmanBakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
-
20.07.2026, 12:42
İdmanÜzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
-
20.07.2026, 12:28
İdmanİdmançımız Minskdə bürünc mükafat qazanıb
-
20.07.2026, 12:18
İdmanAvarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
-
20.07.2026, 08:58
İdmanMbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
-
20.07.2026, 02:57
Gündəmİspaniya millisinə dünya kuboku təqdim edildi
-
20.07.2026, 02:49
İdmanDÇ-2026-nın ən yaxşıları müəyyənləşib
-
20.07.2026, 02:18
İdmanİspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
-
20.07.2026, 00:22
İdman“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
-
17.07.2026, 11:37
İdmanDünya çempionlarına xüsusi üzük veriləcək
-
17.07.2026, 11:09
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
-
17.07.2026, 10:15
İdmanAzərbaycanın UEFA reytinqindəki əmsalı artıb
-
17.07.2026, 01:58
İdmanAvropa Liqası: "Qarabağ" növbəti mərhələdə
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
16.07.2026, 22:46
İdmanBakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
-
16.07.2026, 21:57
İdman"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
MOK
09.06.2026, 12:50
İyunun 9-da Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödənişlər üzrə qlobal lider olan “Visa” şirkəti arasında tərəfdaşlıq müqaviləsi 2026-cı il üçün yenilənib.
Olimpiyadunyasi.com xəbər verir ki, mərasim “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində təşkil olunub.
Sazişi Milli Olimpiya Komitəsinin vitse-prezident Çingiz Hüseynzadə və “Visa” şirkətinin Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev imzalayıblar.
Yenilənmiş müqaviləyə əsasən, “Visa” şirkəti 2026-cı il ərzində Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Olimpiya Komandasının rəsmi tərəfdaşı qismində çıxış edəcək.
Tərəfdaşlıq çərçivəsində şirkət il ərzində təşkil olunacaq beynəlxalq yarışlarda komandanı dəstəkləməklə yanaşı, Komitənin fəaliyyət və təşəbbüslərinə də dəstək verəcək.
Buna Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları, Atlanta-1996 Olimpiya Oyunlarında Azərbaycan Olimpiya yığmasının üçrəngli bayrağımız altında iştirakının 30 illik yubileyi və digər mühüm beynəlxalq idman tədbirləri daxil edilib.
“Visa” ilə əvvəlki tərəfdaşlıq Paris-2024 Yay Olimpiya Oyunlarına qədərki dövrü, yəni 2023-2024-cü illəri əhatə etmişdi. Bu müddət ərzində tərəflər birgə marketinq və kommunikasiya layihələri, idmançıların dəstəklənməsi və azarkeşlərlə əlaqələrin gücləndirilməsi istiqamətində effektiv nəticələr əldə ediblər.
Mərasimdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tərəfdaşlığın davam etdirilməsinin əhəmiyyətindən danışıb.
“Azərbaycan Milli Olimpiya Komitəsi olaraq beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm veririk. “Visa” ilə tərəfdaşlığımızın davam etdirilməsi həm idmançılarımızın dəstəklənməsi, həm də Olimpiya dəyərlərinin geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. “Visa” şirkəti Beynəlxalq Olimpiya Komitəsinin qlobal sponsorlarından biridir və hər zaman idmanın, eləcə də idmançıların yanında olub. Azərbaycan idmanı son illərdə böyük inkişaf yolu keçib. Son dövrlərdə əldə olunan nailiyyətlər bunu bir daha təsdiqləyir. Belə ki, minifutbol üzrə milli komandamız Avropa çempionu olub, 3x3 basketbol üzrə yığmamız isə Dünya Kubokunda dördüncü yeri tutub. Bu son günlərdə Azərbaycan komandalarının əldə etdiyi uğurların bir hissəsidir. Bu il Dakarda Yeniyetmələrin Yay Olimpiya Oyunları keçiriləcək. Eyni zamanda, Atlanta-1996 Yay Olimpiya Oyunlarının yubileyi qeyd olunacaq. İnanıram ki, bütün bu mühüm tədbirlərdə “Visa” şirkəti ilə əməkdaşlığımız davam edəcək və biz yenə də birlikdə olacağıq”, - deyə MOK-un vitse-prezidenti vurğulayıb.
“Visa” şirkətinin Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev birgə əməkdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb:
"Visa" uzun müddətdir ki, FİFA Dünya Kuboku, Olimpiya Oyunları və Paralimpiya Oyunları da daxil olmaqla elit yarışların əsas tərəfdaşı qismində çıxış edərək beynəlxalq idman növlərini dəstəkləyir. Biz idman tədbirlərinin insanları birləşdirən gücünə inanırıq və daha geniş iştirakı təşviq etmək və yerli istedadları dəstəkləməklə idmanın inkişafını təşviq etməyə diqqət ayıraraq Azərbaycanda qlobal missiyamızı irəli sürürük. Bu tərəfdaşlığın həyata keçməsində mühüm rola malik Azərbaycan Milli Olimpiya Komitəsinin adını xüsusilə qeyd etmək istərdim. Məhsuldar əməkdaşlığımızın davamı idmançılara və azarkeşlərə yeni imkanlar yaratmaqda bizə kömək edəcəkdir.”