SON XƏBƏRLƏR
-
Bugün, 13:14
MOKMilli idman federasiyaları üçün “Təhlükəsiz idman” proqramı başa çatıb
-
Bugün, 11:20
İdman3x3 basketbol millimiz Dünya Kubokunda Litva ilə üz-üzə gələcək
-
Bugün, 11:01
İdmanAzərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
-
Bugün, 10:45
İdmanAzərbaycan velosipedçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
-
Bugün, 10:26
GündəmPrezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
-
04.06.2026, 23:53
GündəmAzərbaycanın minifutbol millisi Avropa çempionu olub
-
04.06.2026, 22:56
İdmanParataekvondoçularımız Roma Qran-Prisində iki medal qazanıblar
-
04.06.2026, 16:59
İdmanMillimizin Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
04.06.2026, 15:04
İdmanDünya çempionatında plastik butulkalar qadağan ediləcək
-
04.06.2026, 12:08
İdmanBakıda "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib
-
04.06.2026, 10:24
İdmanMinifutbol millimiz bu gün final oyununa çıxacaq
-
04.06.2026, 04:25
İdmanAzərbaycan millisi Avropa çempionatının finalında
-
04.06.2026, 00:04
İdmanBilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək
-
03.06.2026, 23:22
İdman3x3 basketbol millimiz Dünya Kubokunun pley-in mərhələsinə yüksəlib
-
03.06.2026, 21:04
İdmanFərid Qayıbov Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
-
03.06.2026, 10:25
İdmanAzərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda daha iki oyun keçirəcək
-
03.06.2026, 10:02
İdmanMərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib
-
02.06.2026, 17:18
GündəmBakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək
-
02.06.2026, 17:04
İdmanAzərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin hazırlıq prosesi ilə maraqlanıb
-
02.06.2026, 16:24
İdmanAVF rəsmisi Level-2 məşqçi seminarının iştirakçıları ilə görüşüb
-
02.06.2026, 16:19
İdmanTaleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib
-
02.06.2026, 13:34
İdmanASİNF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakıda tədbir təşkil edib
-
02.06.2026, 11:28
İdman3x3 basketbol millimiz Dünya Kubokunda növbəti oyunlarını keçirəcək
-
02.06.2026, 10:01
İdmanAvropa çempionatı: Minifutbol millimiz 1/4 finalda
-
01.06.2026, 18:28
İdmanAzərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlanıb
-
01.06.2026, 17:38
İdmanKişi boksçulardan ibarət millimiz Dünya Kubokuna Çimkənddə hazırlaşacaq
-
01.06.2026, 17:15
İdmanAFFA Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xankəndidə sosial aksiya keçirib
-
01.06.2026, 11:20
İdmanVoleybol millimiz yoxlama oyununda gücünü sınaycaq
-
01.06.2026, 11:14
İdmanQərb Konfransının finalçıları müəyyənləşdi
-
01.06.2026, 10:50
İdman3x3 basketbol millimiz Varşavada mübarizəyə başlayır
-
01.06.2026, 10:25
İdmanMinifutbol millimiz bu gün Avropa çempionatında 1/8 final oyununa çıxacaq
-
01.06.2026, 10:02
İdmanCüdo millimiz Avropa Kubokunu 5 medalla başa vurdu
-
01.06.2026, 09:17
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
-
01.06.2026, 01:02
İdmanİçərişəhərdə yeni idman meydançasının açılışı olub
Milli idman federasiyaları üçün “Təhlükəsiz idman” proqramı başa çatıb
MOK
Bugün, 13:14
Milli Olimpiya Komitəsinin (MOK) milli idman federasiyalarının nümayəndələri üçün təşkil etdiyi “Təhlükəsiz idman” proqramına iyunun 5-də yekun vurulub.
Olimpiyadunyasi.com xəbər verir ki, MOK-un inzibati binasında keçirilən təltifetmə mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, MOK-un Atletlər Komissiyasının sədri Fəridə Əzizova və federasiya nümayəndələri iştirak ediblər.
İki gün davam edən proqramın əsas məqsədi idman mühitində təhlükəsizliyin təmin olunması, risklərin minimuma endirilməsi və beynəlxalq standartlara uyğun fəaliyyət mexanizmlərinin tətbiqi olub.
Mərasimdə çıxış edən Çingiz Hüseynzadə proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, Milli Olimpiya Komitəsi 2023-cü ildən etibarən təhlükəsiz idman məsələlərinə xüsusi diqqət ayırır:
“Ümid edirəm ki, proqram hər bir iştirakçı üçün faydalı olub. Son üç il ərzində təhlükəsiz idman mövzusuna həsr olunmuş üç beynəlxalq forum təşkil etmişik. Həmin forumlarda xarici ölkələrin qabaqcıl mütəxəssisləri iştirak ediblər. Eyni zamanda, bu sahədə öz beynəlxalq səviyyəli mütəxəssislərimizi hazırlamağa nail olmuşuq. Son İslam Həmrəyliyi Oyunlarında təhlükəsiz idmanla bağlı bütün məsələlər artıq yerli mütəxəssislərimiz tərəfindən həyata keçirilirdi. Məqsədimiz federasiyalarda bu istiqamətdə işin daha səmərəli təşkili və hər bir federasiyada təhlükəsiz idman üzrə məsul şəxsin fəaliyyət göstərməsidir”.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, tədbirin ilk günündə MOK-un Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Ceyhun Rəhmanov təhlükəsiz idmanın müasir idman idarəçiliyinin əsas prioritetlərindən biri olduğunu bildirib.
Daha sonra BOK tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Vaqif Əliyev “Təhlükəsiz idman” təşəbbüsü ilə bağlı təqdimatla çıxış edərək konsepsiyanın mahiyyəti və federasiyalarda tətbiq mexanizmləri barədə ətraflı məlumat verib.
Proqram çərçivəsində BOK tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Ayan Xankişiyeva tərəfindən siyasət və normativ sənədlərin strukturu, beynəlxalq təcrübə və metodiki materiallar təqdim olunub. Həmçinin risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində praktiki metodlar müzakirə edilib, real nümunələr əsasında təhlillər aparılıb.
Tədbirin ikinci günü hadisələrin araşdırılması, hesabatlılıq mexanizmləri və müdafiə tədbirlərinə həsr olunub. Qlobal idman aləmində baş vermiş müxtəlif hadisələr nümunə kimi təqdim edilib, onların təhlili aparılıb və çıxarılan nəticələr iştirakçılarla bölüşülüb.