SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Meksika Dünya Kubokunun açılış oyununda qalib gəldi

Meksika Dünya Kubokunun açılış oyununda qalib gəldi

İdman

Bugün, 01:28

Futbol üzrə dünya çempionatına start verilib. 

Olimpiyadunyasi.com xəbər verir ki, çempionatın açılış oyununda Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları üz-üzə gəlib. A qrupunun komandaları arasında keçirilən oyun Meksikadakı "Mexiko Siti" stadionunda baş tutub. Oyun Meksika yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesab 9-cu dəqiqədə Xulian Kinyones açıb. Oyunun 67-ci dəqiqəsində isə Raul Ximenes fərqlənib. 

Qeyd edək ki, bu qrupun digər matçı Cənubi Koreya və Çexiya milliləri arasında olacaq. Bu oyun Bakı vaxtı ilə saat 06:00-da start götürəcək. 

Dİgər xəbərlər