SON XƏBƏRLƏR
-
11.09.2026, 18:56
İdmanİdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
-
11.09.2026, 18:15
İdmanYunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
-
11.09.2026, 17:03
İdmanAzərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
10.09.2026, 15:08
İdmanTürkiyə yelkənçiləri Bakıda
-
10.09.2026, 14:38
İdmanRəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
-
10.09.2026, 13:31
İdmanFederasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 10:17
İdmanAzərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
-
09.09.2026, 13:50
İdmanKata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
-
09.09.2026, 01:11
İdmanÇempionlar Liqası: Liqa mərhələsinə start verildi
-
08.09.2026, 12:31
İdmanVelosipedçimiz Almatıda dördüncü oldu
-
08.09.2026, 12:23
İdmanAzərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
-
08.09.2026, 11:49
İdmanFormula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
-
08.09.2026, 10:50
İdmanTürkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
-
08.09.2026, 10:12
İdmanÇempionlar Liqasında Liqa mərhələsinə start verilir
-
07.09.2026, 20:14
İdmanBadmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
-
07.09.2026, 16:06
İdmanPəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
-
07.09.2026, 15:55
İdmanÜzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
-
07.09.2026, 15:43
İdmanFərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
-
07.09.2026, 15:30
İdmanNicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
-
07.09.2026, 15:05
İdmanCüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
-
07.09.2026, 14:56
İdmanAvropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
-
07.09.2026, 14:43
İdmanMillimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
-
07.09.2026, 14:22
İdmanBakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
-
07.09.2026, 13:18
İdmanKamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
-
07.09.2026, 12:30
İdmanCüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
-
07.09.2026, 12:02
İdmanAzərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
-
07.09.2026, 10:04
İdmanFiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
-
07.09.2026, 01:19
İdmanAzərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
-
07.09.2026, 00:07
İdmanİsveçrədə uğurlu nəticə
-
06.09.2026, 12:17
İdmanPaytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
-
03.09.2026, 20:31
İdmanDünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
-
03.09.2026, 14:59
MOK"Kəpəz"in futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
Rüstəm Orucov: “Azərbaycanın cüdo məktəbi dünyanın ən güclülərindən biridir”
Müsahibə
28.07.2026, 11:42
Avropa Cüdo Birliyinin komissarı, cüdo üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov “Olimpiya dünyası” qəzetinə müsahibə verib. Hazırda Səudiyyə Ərəbistanı Cüdo Federasiyasında yüksək performans üzrə baş menecer kimi fəaliyyət göstərən Rüstəm Orucov yeni işindən, qarşıya qoyduğu məqsədlərdən və Azərbaycan cüdosu barədə fikirlərini bölüşüb.
- Rüstəm, hazırda Səudiyyə Ərəbistanında fəaliyyət göstərirsən. Bu təklif necə gəldi?
- Təxminən il yarımdır Səudiyyə Ərəbistanında çalışıram. İdmançı karyeramı başa vurduqdan sonra bir neçə ölkədən təklif almışdım. Onların arasında ən sərfəli şərtləri Səudiyyə Ərəbistanı Federasiyası təqdim etdi. Həmin təklifi qəbul etdim və fəaliyyətimi orada davam etdirmək qərarına gəldim.
- Səudiyyə Ərəbistanında əsas fəaliyyət istiqamətlərin nələrdən ibarətdir?
- Hazırda yüksək performans üzrə baş menecer kimi çalışıram. Baş ofisimiz Ər-Riyaddadır. Ölkənin müxtəlif şəhərlərində hazırlıq mərkəzləri fəaliyyət göstərir ki, biz də işimizi həmin mərkəzlər vasitəsilə koordinasiya edirik. Bununla yanaşı, Avropa Cüdo Birliyində komissar kimi də fəaliyyətimi davam etdirirəm. Əsas diqqətimi isə Səudiyyə Ərəbistanı cüdosunun inkişafına yönəltmişəm. Özüm üçün yeni məqsəd müəyyənləşdirmişəm və istəyirəm ki, bu layihəni uğurla həyata keçirərək özümü təsdiqləyim.
- İşiniz konkret olaraq hansı yaş qruplarını əhatə edir?
- Bütün yaş qruplarını. Yeniyetmələr, gənclər və böyüklərlə bağlı yüksək performans proqramlarının hazırlanması, milli komandaların inkişafı və idmançıların beynəlxalq yarışlara hazırlığı əsas fəaliyyət istiqamətlərimdir.
- Səudiyyə Ərəbistanında cüdonun hazırkı vəziyyətini necə qiymətləndirirsən?
- Biz ora gələndə vəziyyət tam fərqli idi. Dünya, Avropa və Olimpiya çempionu İlias İliadislə birlikdə işə başladıq. Həmin vaxt ölkədə formalaşmış milli komanda yox idi. İlias komandada baş məşqçi kimi çalışır, biz birlikdə sistemi qurmağa başladıq. Bu gün artıq milli komanda formalaşıb, beynəlxalq arenada nəticələr əldə edirik. Asiya yarışlarında, eləcə də Afrika kuboklarında uğurlu çıxışlarımız olub. Komandanın inkişafı mərhələli şəkildə davam edir.
- Azərbaycan cüdosu ilə əməkdaşlığın inkişafı istiqamətində hansı planların var?
- Fürsət olduqca Azərbaycana gəlirəm. Məqsədlərimizdən biri də Səudiyyə Ərəbistanının yeniyetmə və gənc cüdoçularını Azərbaycana gətirməkdir. Azərbaycanın cüdo məktəbi dünyanın ən güclülərindən biridir. İstəyirik ki, onlar bizim idmançılarla birgə məşq etsinlər, təcrübə toplasınlar və daha da inkişaf etsinlər.
- Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turniri barədə təəssüratların necədir?
- Avropa Cüdo Birliyinin adından bu yarışda komissar kimi iştirak edirdim. Müxtəlif ölkələrdə çoxlu turnirlərdə olmuşam, amma etiraf etməliyəm ki, burada təşkilatçılıq çox yüksək səviyyədədir. Belə keyfiyyətli təşkil olunan yarışlara az rast gəlinir. Turnirin əsas məqsədi gənc idmançıların beynəlxalq təcrübə qazanmasıdır. Bu yarış eyni zamanda, klub məşqçiləri üçün də çox faydalıdır. Turnir çərçivəsində Yaponiya və İtaliyadan iki tanınmış cüdo mütəxəssisi ölkəmizə gəlib. Onların keçdiyi ustad dərsləri gənc idmançıların inkişafı üçün çox böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, belə layihələrin və beynəlxalq tədbirlərin sayı gələcəkdə daha da artırılmalıdır.
Azər Əlizadə