SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

 Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçıları sırasında

 Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçıları sırasında

İdman

Bugün, 12:49

Stolüstü tennisçimiz Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub.

Olimpiyadunyasi.com xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Riga City Council's Youth Cup 2026" turnirində mübarizə aparan idmançımız bürünc medala sahib çıxıb. Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi U19 kateqoriyasında daha yaxşı nəticə göstərib. Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Tunar yarımfinalda litvalı rəqibinə məğlub olaraq üçüncü yeri tutub.

Qeyd edək ki, bu istedadlı idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.

Dİgər xəbərlər