SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

İki güləşçimiz dünya çempionatına qələbə ilə başladı

İki güləşçimiz dünya çempionatına qələbə ilə başladı 

İdman

Bugün, 12:15

Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan təmsilçiləri növbəti görüşlərini keçiriblər. 

Təmsilçilərimizdən 45 kq çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

60 kq çəki dərəcəsində çıxış edən Elmir Çərkəzov da yarışa uğurlu start verib. O, ilk görüşündə Qazaxıstan güləşçisi Nurali Askar üzərində 2:0 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

92 kq çəki dərəcəsində xalçaya çıxan Zöhrab Səfərov isə təsnifat mərhələsində Ukrayna təmsilçisi Hlib Yevsieyevlə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibinə 4:7 hesabı ilə uduzan Azərbaycan güləşçisi mundialla erkən vidalaşıb.

Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.

Dİgər xəbərlər