SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Bir cümlə, bir xəbər

Bir cümlə, bir xəbər

İdman

Bugün, 11:12

- Madrid "Real"ının 23 yaşlı müdafiəçisi Raul Asensio karyerasını icarə ilə "Marsel" klubunda davam etdirməyə yaxındır.

 

- İstanbul təmsilçisi "Qalatasaray" Münhen "Bayern"inin 23 yaşlı yarımmüdafiəçisi Camala Musilanı icarə əsasında heyətinə cəlb etmək üçün danışıqlara başlayıb.        

 

- Növbəti mövsüm üçün fəal transfer siyasətinə qoşulan İstanbulun "Beşiktaş" klubu yaxın günlərdə misirli hücumçu Məhəmməd Salahın kluba keçidini rəsmiləşdirməyə hazırlaşır.

- İngiltərənin "Mançester Yunayted" klubu Madrid "Real"nın fransalı yarımmüdafiəçisi Orelyen Çuameninin transferi üçün danışıqları davam etdirir. 

- PSJ-nin fransalı vingeri Bredli Barkolanın hazırki klubu ilə müqaviləsini artırmadığı üçün "Liverpul" 22 yaşlı futbolçunu yeni mövmüsdə heyətinə cəlb etməyə çalışır. 

- Londonun "Arsenal" klubu 24 yaşlı yunanıstanlı yarımmüdafiəçi Kristos Tzolis keçidi üçün üçün "Klub Brügge"yə 40 milyon avro ödəyib.

- Madrid "Atletiko"su ötən mövsümü PSJ-də keçirən cənubi koreyalı hücumçu Li Kanq-in 2031-ci ilə qədər qüvvədə olacaq müqavilə üçün Paris təmsilçisi ilə 35 milyon avro razılıq əldə edib.

- "Çelsi"nin 22 yaşlı argentinalı yarımmüdafiəçisi Alexandro Qarnaço yeni mövsümdən etibarən icarə əsasında "Aston Villa"nın formasını geyinəcək.

- "Aston Villa" "Çelsi"nin hücumçusu Nikolas Ceksonu transfer etməkdə maraqlıdır. 

- İtaliyanın "Komo" klubu müdafiəçi Trevoh Çalobah üçün "Çelsi"yə 25 milyon avro ödəməyə hazırdır.

Dİgər xəbərlər