SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Avropa Liqası: Bu gün "Qarabağ"ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək

Avropa Liqası: Bu gün \"Qarabağ\"ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək

İdman

Bugün, 10:07

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Olimpiyadunyasi.com xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbirdə Azərbaycanın "Qarabağ" klubunun da rəqibinin adına aydınlıq gələcək.

Ağdam klubunun potensial rəqibləri sırasında "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya) və "Vestri" (İslandiya) komandaları yer alıb.

Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Dİgər xəbərlər