SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Karlo Ançelotti: ""Real"da köhnə nəsil yenidən qurulmalıdır"

Karlo Ançelotti: \"\"Real\"da köhnə nəsil yenidən qurulmalıdır\"

İdman

Bugün, 12:12

italiyalı məşqçi Karlo Ançelotti “Real Madrid”in son illərdə yaşadığı dəyişikliklər və klubun gələcəyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

olimpiyadunyasi.com xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, Madrid təmsilçisi vacib oyunçuların ayrılığından sonra yeni dövrə uyğunlaşmağa çalışır: “"Real"da köhnə nəsil yenidən qurulmalıdır. Onlar Kazemiro, Luka Modriç, Toni Kroos, Kərim Benzema kimi çox vacib oyunçuları itirdilər. Komandada atmosfer çox vacibdir və bu, liderlik xüsusiyyətinə malik oyunçulardan gəlir. “Real Madrid” bu mühiti yenidən qurmaq üçün zamana ehtiyac duyur. Uğur üçün balans tapmaq vacibdir".
İtaliyalı çalışdırıcı həmçinin Joze Mourinyo haqqında da danışıb və onun “Real Madrid”ə mümkün qayıdışını müsbət qiymətləndirib: “Onun “Real Madrid”ə qayıtması məni sevindirər. O, işlədiyi bütün klublarda olduğu kimi burada da fantastik işlər görə bilər”.
Ançelotti məşqçilik fəlsəfəsindən söz açaraq futbolçularla münasibətlərin vacibliyini ön plana çəkib. O bildirib ki, taktiki qərarları oyunçularla müzakirə etməyə həmişə üstünlük verib: “Mən heç vaxt strategiyanı məcbur etmirəm. Oyunçu bu ideyanın bir hissəsi olmalıdır. Futbolçularla danışmaq zəiflik deyil. “Real Madrid" azarkeşləri qalib gələndə səni təbrik edirlər, amma dərhal növbəti qələbəni düşünməyə başlayırlar. Bu gözlənti sənə daha çox məsuliyyət, motivasiya və fokus verir”.

Dİgər xəbərlər