SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Messi yenə təəccübləndirdi

Messi yenə təəccübləndirdi 

İdman

Bugün, 11:13

ABŞ çempionatında çıxış edən Lionel Messi növbəti dəfə möhtəşəm performansı ilə diqqət mərkəzinə düşüb.

Olimpiyadunyasi.com xəbər verir ki, argentinalı superulduz “Sinsinnati” ilə oyunda het-trik və bir məhsuldar ötürmə ilə yadda qalaraq komandasının vacib qələbəsində əsas pay sahibi olub. Gərgin və bolqollu keçən qarşılaşmada "İnter Mayami" səfərdə "Sinsinnati" üzərində 5:3 hesablı əzmkar qələbə qazanıb. Matçda hesabı 24-cü dəqiqədə Lionel Messi açsa da, meydan sahibləri Kevin Denki və Pavel Buçanın qolları ilə önə keçməyi bacarıblar - 2:1.

Lakin ikinci hissədə Messi yenidən sözünü deyib. Argentinalı ulduz 55-ci dəqiqədə Rodriqo de Paulun ötürməsindən sonra hesabı bərabərləşdirib. “Sinsinnati” Evanderin qolu ilə yenidən önə çıxsa da, qonaqlar geri dönüş etməyi bacarıblar. 79-cu dəqiqədə Mateo Silvettı Messinin assistindən sonra hesabı bərabərləşdirib. Ardınca Herman Berterame komandasını önə keçirib, 89-cu dəqiqədə isə Lionel Messi oyunda son nöqtəni qoyaraq het-trikini rəsmiləşdirib -5:3.

Bununla da 38 yaşlı futbolçu peşəkar karyerasında 910-cu qolunu vurub. Messi son üç qarşılaşmada ümumilikdə 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Dİgər xəbərlər