SON XƏBƏRLƏR
-
13.06.2026, 23:20
İdmanAOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
-
12.06.2026, 15:21
İdmanAvarçəkənimiz Avropa çempionu olub
-
12.06.2026, 13:54
İdman"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
-
12.06.2026, 13:22
MOKAOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
-
12.06.2026, 12:59
İdmanDÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
-
12.06.2026, 11:46
İdmanRövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
-
12.06.2026, 11:10
İdmanSumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
-
12.06.2026, 10:53
İdmanKişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
-
12.06.2026, 09:36
İdmanDünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
-
12.06.2026, 08:57
İdmanStolüstü tennis üzrə Liqa turniri başa çatıb
-
12.06.2026, 01:28
İdmanMeksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
-
12.06.2026, 00:11
İdmanMourinyo yenidən "Real"da
-
11.06.2026, 22:59
GündəmDünya çempionatının açılış mərasimi keçirilib
-
11.06.2026, 22:19
İdmanBasketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
-
11.06.2026, 14:45
İdmanMəktəblilərin Respublika İdman Olimpiadasına start verilir
-
11.06.2026, 10:00
GündəmSevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
-
09.06.2026, 17:38
GündəmAzərbaycan boks tarixində ilk
-
09.06.2026, 12:50
MOKMOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
-
09.06.2026, 11:53
İdman"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
-
09.06.2026, 10:28
İdmanMillimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
-
08.06.2026, 22:24
GündəmOlimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
-
08.06.2026, 19:52
İdmanAMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
-
08.06.2026, 19:49
İdmanŞahmatçımızdan uğurlu başlanğıc
-
08.06.2026, 19:17
İdmanMPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
-
08.06.2026, 19:08
İdmanAzərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
-
08.06.2026, 18:17
İdmanQəhrəmanlıq tariximizə şərəf qatanlar
-
08.06.2026, 16:28
İdmanAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
-
08.06.2026, 15:57
İdmanAzərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
-
08.06.2026, 15:38
İdmanAzərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
-
08.06.2026, 15:28
İdmanAzərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
-
08.06.2026, 13:30
İdmanMillimizin baş məşqçisi Vyetnamda təlim keçib
-
08.06.2026, 12:36
İdmanMəşqçilər üçün seminar təşkil edilib
-
08.06.2026, 11:50
İdmanAzərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
08.06.2026, 11:42
İdmanHelsinborqda bürünc medal
AMADA 2027-ci ildən qüvvəyə minəcək yeni antidopinq qaydalarındakı əsas dəyişiklikləri açıqlayıb
İdman
13.05.2026, 11:30
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni antidopinq qaydalarındakı dəyişiklikləri açıqlayıb.
AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə dəyişikliklər həm dopinq pozuntularına tətbiq olunan sanksiyaları, həm də Terapevtik istifadə üçün istisna (Tİİ) prosedurlarını əhatə edir.
"Yeni qaydalara əsasən, nümunəsində qadağan olunmuş maddə aşkarlanan idmançı ilə bağlı işə xitam verilməsi üçün antidopinq təşkilatları əvvəlcədən WADA-nın təyin etdiyi müstəqil ekspertin rəyini almalı olacaq. Əks halda həmin qurum uyğunsuzluq riski ilə üzləşə bilər. Bundan başqa, şərti olaraq yarış və məşqlərdən kənarlaşdırılan idmançılar qərardan narazı qaldıqları halda əvvəlcə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil İntizam Komitəsinə, daha sonra isə Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edə biləcəklər".
Bildirilib ki, qaydalardakı digər mühüm yenilik diskvalifikasiya müddətləri ilə bağlıdır:
"Qadağan olunmuş maddənin orqanizmə necə daxil olduğunu və bunun nəticələrə təsir göstərmədiyini sübut edən idmançılar daha yüngül sanksiya ala biləcəklər. Pozuntunu etiraf edən və təklif olunan hüquqi nəticələrlə razılaşan şəxslər üçün də cəzanın müəyyən hissəsinin azaldılması nəzərdə tutulub. Yeni qaydalara əsasən, dopinq pozuntularına görə idmançılara təkcə diskvalifikasiya deyil, maliyyə cərimələri də tətbiq olunacaq. Eyni zamanda, milli federasiyaların antidopinq sahəsində öhdəlikləri sərtləşdirilib və qaydalara əməl etməyən qurumlara qarşı müxtəlif sanksiyalar nəzərdə tutulub".
Qeyd olunub ki, WADA-nın Terapevtik İstifadə üçün İstisnalar üzrə Beynəlxalq Standartında (ISTUE) da bir sıra dəyişikliklər edilib:
"Yeni standartda Tİİ meyarları daha konkret formada müəyyənləşdirilib, retroaktiv müraciət prosedurları genişləndirilib və Tİİ komitələrinin fəaliyyəti ilə bağlı məxfilik, müstəqillik və qərar qəbuletmə mexanizmləri gücləndirilib. Bununla yanaşı, qərarların ADAMS sisteminə daxil edilməsi və müraciət müddətləri ilə bağlı daha dəqiq tələblər müəyyən olunub".