XƏBƏR LENTİ
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026



"Sumqayıt" klubu baş məşqçisi ilə yollarını ayırıb
İdman 15:43 / 21.09.2022
"Sumqayıt” klubu baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb. "Gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. "Sumqayıt" cari mövsüm Premyer Liqada 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.


31528 oxunub

InvestAZ