XƏBƏR LENTİ
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Tədqiqatçı alimin yeni monoqrafiyası  çapdan çıxıb
İdman 15:23 / 07.07.2022
Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin «75 il öncə başlanan yol...- "İdmanın təkmübarizlik növləri kafedrası” (1947-2022) adlı kitabı çapdan çıxıb. Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının 2022-ci il 28 aprel tarixli iclasında müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun sayılmışdır.
Oxuculara təqdim olunan bu monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri kafedrası”nın 75 illik yubileyinə həsr edilmiş, tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması işlərinin həyata keçirirlməsi, tələbə və məzunlarının idman nailiyyətləri barədə ensiklopedik məlumatlar toplusudur. Monoqrafiyada "İdmanın təkmübarizlik növləri kafedrası”nın tələbə və məzunlarının birinci və ikinci Qarabağ müharibəsində milli qəhrəman və şəhid idmançıları, generalları haqqında konkret faktlar öz əksini tapmışdır.
Monoqrafiya Milli Olimpiya Komitəsinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri” kafedrasının professor-müəllim heyəti, doktorantlar, bakalavrlar, magistrlər, ali və orta məktəb müəllimləri, şagird və tələbələr, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

40411 oxunub

InvestAZ