XƏBƏR LENTİ
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



Yeniyetmə cüdoçularımız Avropa birinciliyində mübarizəyə başlayırlar
İdman 10:03 / 23.06.2022

Bu gün Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start veriləcək. 3 gün davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edəcək.

Belə ki, oğlanlar arasında yarışlarda Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Əli Hacızadə, Süleyman Əliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) güclərini sınayacaqlar. Qızların turnirində isə Xumar Qasımzadə (44 kq), Aydan Vəliyeva (48 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq), Nigar Süleymanova (+70 kq) mübarizə aparacaqlar.

Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya isə məşqçi Elnur İsmayılov rəhbərlik edəcəklər.

Qeyd edək ki, ACF-in "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.


29247 oxunub

InvestAZ