XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Qətərdəki dünya çempionatında yeni texnologiya tətbiq oluna bilər
İdman 13:17 / 14.06.2022
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) ofsayd vəziyyətini aşkar edən və süni intellekt tərəfindən idarə olunan yarımavtomatik VAR texnologiyasını Qətərdə keçiriləcək dünya çempionatında tətbiq edə bilər. Qurumun fikrincə, oyundankənar vəziyyətə qərar vermək üçün tələb olunan vaxt bəzi hallarda dörd dəqiqəyə çatır ki, bu da ciddi problemdir. FİFA tərəfindən hazırlanmış yarımavtomatik texnologiya bu vaxtı 3-4 saniyəyə qədər azaltmalı, VAR-ı daha sürətli və dəqiq məlumatla təmin etməlidir.
FİFA-nın hakimlər xidmətinin rəhbəri Pyerluici Kollina mümkün yeniliyi şərh edib: "Əminəm ki, biz bunu edə bilərik. Biz dəqiqlik, daha sürətli və daha məqbul həllər əldə etmək istəyirik. Yeni sistem qol keçidi texnologiyası ilə eyni prosesdən istifadə edir və biz texnologiyanın futbol ictimaiyyəti tərəfindən çox yaxşı qarşılandığını gördük".
Bildirilib ki, oyundankənar vəziyyətləri aşkar edən yarımavtomatik VAR texnologiyası həm də oyundankənar vəziyyət qərarının əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş qrafik vizuallaşdırılmasını təmin edəcək və təkrarlar 25 saniyə ərzində yayımçılar və stadion ekranları üçün əlçatan olacaq.

33900 oxunub

InvestAZ