XƏBƏR LENTİ
27 May 2022
25 May 2022
24 May 2022
19 May 2022
17 May 2022
12 May 2022
11 May 2022



Sloveniya şahmat üzrə qitə çempionatına ev sahibliyi edəcək
İdman 11:34 / 17.01.2022
Martın 27-dən aprelin 6-dək Sloveniyada şahmat üzrə Avropa çempionatı keçiriləcək. Bu barədə Avropa Şahmat İttifaqının (ECU) rəsmi saytı məlumat yayıb. İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 11 turdan ibarət olacaq. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edəcək ki, onun da 20 min avrosu qalib üçün nəzərdə tutulub. Bundan əlavə, ən yaxşı nəticə göstərən 23 oyunçu mükafatlandırılacaq. Turnirdə həmçinin, ən yaxşı qadın oyunçular, gənc oyunçular, yaşlı oyunçular üçün xüsusi mükafatlar da nəzərdə tutulub.
Qitə birinciliyi 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarının seçmə mərhələsidir. Belə ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) və ECU Şurasının qərarına əsasən, yarışa 20 oyunçu vəsiqə qazanacaq.
Turnirdə titulundan və reytinqindən asılı olmayaraq ECU-ya üzv olan federasiyaları təmsil edən bütün oyunçular iştirak edə biləcəklər. Bununla belə, qeydiyyat üçün ərizələr yalnız milli federasiyalar tərəfindən göndəriləcək. Turnirə son qeydiyyat tarixi fevralın 20-dəkdir.

3938 oxunub

InvestAZ