XƏBƏR LENTİ
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026



Şahmatçımızdan növbəti qələbə
İdman 09:45 / 08.01.2022
İtaliyada keçirilən şahmat üzrə "Vergani Cup" festivalı davam edir. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan festivalın A turnirində Azərbaycan şahmatçıları da yarışırlar. Yarışın yeddinci turunda zəka sahiblərimizdən Gövhər Beydullayeva xorvatiyalı Robert Zelçiçlə qarşılaşıb. Ağ fiqurlarla oynayan şahmatçımız turnirdə növbəti qələbəsini qazanıb. Bu G.Beydullayevanın İtaliyadakı yarışda ardıcıl ikinci, ümumilikdə isə dördüncü qələbəsi olub.
Turnirdə iştirak edən digər zəka sahibimiz Ülviyyə Fətəliyeva isə hindistanlı Vuppala Prraneetə məğlub olub.
7 turdan sonra aktivindəki xalların sayını 4,5-ə çatdıran Gövhər Beydullayeva 31-ci pilləyə yüksəlib. Ülviyyə Fətəliyeva isə 4 xalla 36-cıdır.



29919 oxunub

InvestAZ