XƏBƏR LENTİ
19 Sentyabr 2025
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025



Avropa və Konfrans liqalarının qrup mərhələsində birinci tura yekun vurulub
İdman 08:02 / 17.09.2021
Futbol üzrə UEFA Avropa Liqasının və UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün qrup mərhələsinin birinci turunun oyunları keçirilib. Turun ilk oyun günündə Avropa Liqasında 15, Konfrans Liqasında isə 14 görüş təşkil olunub.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

UEFA Avropa Liqası:

A qrupu

"Bröndbü” (Danimarka) - "Sparta Praqa” (Çexiya) - 0:0;

"Qlazqo Reyncers” (Şotlandiya) – "Lion" (Fransa) - 0:2.

B qrupu

"Monako” (Fransa) – "Şturm Qrats” (Avstriya) - 1:0;

PSV (Niderland) – "Real Sosyedad” (İspaniya) - 2:2.

C qrupu

"Lester Siti” (İngiltərə) – "Napoli” (İtaliya) - 2:2.

D qrupu

"Ayntraxt” (Frankfurt, Almaniya) – "Fənərbağça” (Türkiyə) - 1:1;

"Olimpiakos” (Yunanıstan) – "Antverpen” (Belçika) - 2:1.

E qrupu

"Qalatasaray” (Türkiyə) – "Latsio” (İtaliya) - 1:0;

"Lokomotiv” (Moskva, Rusiya) – "Marsel” (Fransa) - 1:1.

F qrupu

"Midtüllan” (Danimarka) – "Ludoqorets” (Bolqarıstan) - 1:1;

"Srvena Zvezda” (Belqrad, Serbiya) – "Braqa” (Portuqaliya) - 2:1.

G qrupu

"Bayer Leverkuzen” (Almaniya) – "Ferentsvaroş” (Macarıstan) - 2:1;

"Betis” (İspaniya) – "Seltik” (Şotlandiya) - 4:3.

H qrupu

"Dinamo Zaqreb” (Xorvatiya) – "Uest-Hem Yunayted” (İngiltərə) - 0:2;

"Rapid Vyana” (Avstriya) – "Genk” (Belçika) - 0:1.

UEFA Konfrans Liqası:

A qrupu

HİK (Finlandiya) - LASK (Avstriya) - 0:2.

B qrupu

"Flora” (Estoniya) – "Gent” (Belçika) - 0:1.

"Anortosis” (Kipr) – "Partizan” (Serbiya) - 0:2.

C qrupu

"Budyo Qlimt” (Norveç) – "Zarya Luqansk” (Ukrayna) - 3:1;

"Roma” (İtaliya) – MOİK (Sofiya, Bolqarıstan) - 5:1.

D qrupu

"Randers” (Danimarka) – "AZ Alkmar” (Niderland) - 2:2;

"Yablonets” (Çexiya) – "ÇFR Kluj” (Rumıniya) - 1:0.

E qrupu

"Slaviya Praqa” (Çexiya) – "Union Berlin” (Almaniya) - 3:1.

F qrupu

"Linkoln” (Cəbəllütariq) - PAOK (Yunanıstan) - 0:2;

"Slovan” (Bratislava, Slovakiya) – "Kopenhagen” (Danimarka) - 1:3.

G qrupu

"Mura” (Sloveniya) – "Vitess” (Niderland) - 0:2;

"Renn” (Fransa) – "Tottenhem” (İngiltərə) - 2:2.

H qrupu

"Kayrat” (Qazaxıstan) – "Omoniya” (Kipr) - 0:1;

"Qarabağ” (Azərbaycan) – "Bazel” (İsveçrə) - 0:0.

Qeyd edək ki, Avropa Liqasında C qrupunun sentyabrın 15-də keçirilmiş görüşündə Polşanın "Legiya” klubu səfərdə Rusiyanın "Spartak” komandasını məğlub edib (1:0). Konfrans Liqasında isə ilk iki oyun sentyabrın 14-də keçirilib. Təl-Əvivin "Makkabi” klubu evdə Ermənistanın "Alaşkert” komandasını darmadağın edib - 4:1. "Makkabi Hayfa” isə Niderlandın "Feyenoord” komandası ilə qolsuz heç-heçə edib.

31666 oxunub

InvestAZ