XƏBƏR LENTİ
17 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021
09 Sentyabr 2021
08 Sentyabr 2021



Gimnastlarımızdan beynəlxalq turnirdə uğurlu çıxış
İdman 10:05 / 14.09.2021
Ötən həftəsonu gimnastika növləri üzrə yığma komandalarımızın üzvləri 3 beynəlxalq yarışda iştirak ediblər. Akrobatlarımız Polşanın paytaxtı Varşavaya, idman gimnastlarımız Türkiyənin Mersin şəhərinə, parkurçularımız isə Bolqarıstanın paytaxtı Sofiyaya yollanıblar.
Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü, Nəzrin Fərmanova, Leyla Bəşirova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupu, eləcə də kişi cütlüyü proqramında Murad Rəfiyev və Daniel Abbasov akrobatika gimnastikası üzrə "Wars and Sawa Cup” adlı beynəlxalq turnirdə çıxış ediblər.
13-19 yaş qrupunda iştirak etmiş qadın qrupumuz bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Böyüklər arasında yarışan qarışıq cütlüyümüz isə yalnız almaniyalı rəqiblərindən geri qalaraq, turniri ikinci pillədə başa vurub.
Mersində təşkil edilmiş idman gimnastikası üzrə dünya kuboku yarışlarında Azərbaycanı Nikita Simonov və Cavidan Babayev təmsil ediblər.
Gimnastlardan N.Simonov halqalarda çıxışına görə, finala vəsiqə qazanıb. Həlledici mərhələdə təmsilçimiz yeddinci yerdə qərarlaşıb.
Ölkəmizdə son dövrlərdə inkişaf etdirilən parkur növünün təmsilçiləri Sofiyada keçirilən dünya kuboku yarışlarında iştirak ediblər. Yarışda Azərbaycanı Mirəli Mirəliyev və Renat Alızadə təmsil ediblər.

422 oxunub

InvestAZ