XƏBƏR LENTİ
17 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021
09 Sentyabr 2021
08 Sentyabr 2021



Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin kollektivinə təqdim edilib
İdman 13:00 / 08.09.2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən gənclər və idman naziri vəzifəsinə təyin edilmiş Fərid Qayıbov sentyabrın 8-də kollektivə təqdim olunub. Yeni naziri kollektivə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev təqdim edib. Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək dövlətimizin başçısının sentyabrın 7-də imzaladığı müvafiq Sərəncamı diqqətə çatdırıb, Fərid Qayıbovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, Fərid Qayıbov bir sıra məsul vəzifələrdə fəaliyyət göstərib, o cümlədən Avropa Gimnastikasının prezidenti vəzifəsində çalışıb.
Təqdimat mərasimində çıxış edən Fərid Qayıbov göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə idman federasiyalarının rəhbərləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

1201 oxunub

InvestAZ