XƏBƏR LENTİ
17 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021
09 Sentyabr 2021
08 Sentyabr 2021



Şəhidlərimizin xatirəsi kikboksinq yarışı ilə yad edildi
İdman 19:17 / 07.09.2021
Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən Vətən müharibəsi şəhidlərinin doğum günləri ərəfəsində təşkil olunan ənənəvi tədbirlər davam edir. Bu dəfə Vətən müharibəsində şəhid olan Elvin Salahov, Ramil Ağayev, Rəşad Mikayılzadənin xatirəsinə həsr olunmuş kikboksinq üzrə turnir təşkil olunub. Yeniyetmə və gənclər arasında keçirilən turnirdə qaliblərin təntənəli mükafatlandırılma mərasimi keçirilib.
Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov turnirin rəsmi açılış mərasimində çıxış edərək, müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsini yaşatmaq və gənclər arasında təbliğ etmək məqsədi ilə idarə tərəfindən təsdiq edilmiş xüsusi tədbirlər planına müvafiq olaraq keçirilmiş turnirlərin önəmindən danışıb. Tədbirdə Millət Vəkili Səbinə Xasayeva, Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Xaqan Teymurov, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon Təşkilatının sədri Bəhram Şeydayev çıxış etmiş, Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər. Sonda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri çıxış edərək övladlarının keçdiyi şərəfli döyüş yolundan danışmış, turnirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Turnirdə Şahan İmanov (40 kq), Cəfər Cəfərli (50 kq), Elcan İbrahimov (60 kq), İlkin Qafarov (70 kq), Rəsul Süleymanov (80 kq) qalib adını qazanıblar. Qeyd edək ki, ümumilikdə yarışda 50-dək idmançı qüvvəsini sınayıb.

1015 oxunub

InvestAZ