XƏBƏR LENTİ
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Cavid Çələbiyev növbəti mərhələdə
İdman 10:20 / 25.07.2021
Tokio-2020-də boks yarışlarının ikinci gününə start verilib. Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 63 kq-da çıxış edən Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gəlib.

Rəqibinə 5:0 hasabı ilə qalib gələn Çələbiyev 1/8 finala yüksəlib. İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci raundda referilərin hamısı, üçüncüdə isə 4-ü Çələbiyevin xeyrinə qərar verib.

Dünya çempionu 1/8 finalda Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq.


33229 oxunub

InvestAZ