XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Güləşçilərimiz “Poland Open” turnirini 5 medalla başa vurdular
İdman 21:30 / 13.06.2021

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə "Poland Open" turnirinə yekun vurulub. Reytinq xarakterli yarışın sonuncu günündə 60 kq, 63 kq, 72 kq, 87 kq və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar. Turnirin son günündə IV İslam Həmrəyliyi Oyunlarının qalibi İslam Abbasov xalça üzərinə çıxıb. Komandamızın üzvü 97 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Güləşçimiz təsnifat mərhələsində Türkiyə idmançısına qalib gəlib. İdmançımızın 1/4 final mərhələsindəki rəqibi iranlı güləşçi Mehdi Məhəmməd Balihamzadə olub. Amma təəssüfk ki, həmyerlimiz bu mərhələdə iranlı güləşçi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün İ.Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı da üstələyən İslam bürünc medala layiq görülüb.

Beləliklə, güləşçilərimiz "Poland Open” turnirini 1 qızıl və 4 bürünc medalla başa vurublar.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kq) bürünc, Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.


17552 oxunub

InvestAZ