XƏBƏR LENTİ
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025



Triatlon yarışında faciə
İdman 21:03 / 13.06.2021
Rusiyada keçirilən triatlon üzrə yarış faciə ilə əlamətdar olub. Hadisə Moskvaətrafındakı Bronnitsa şəhərində təşkil olunan yarış zamanı baş verib. TTTAN-2021 turnirinin gedişində idmançı suda batıb. Yarışın üzgüçülük növü zamanı iştirakçılardan biri özünü pis hiss edib. Xilasedicilər onu dərhal sudan çıxarsalar da, idmançıya göstərilən tibbi yardım yetərli olmayıb. Triatlonçu təcili tibbi yardım maşınında vəfat edib.
Batan şəxsin adı açıqlanmır. 42 yaşlı idmançının yarışa sağlamlıqla bağlı buraxılışı olub. O, Olimpiya məsafəsində (1,5 km üzgüçülük, 40 km velosiped, 10 km qaçış) qüvvəsini sınayıb.

29302 oxunub

InvestAZ