XƏBƏR LENTİ
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Taekvondoçularımız Avropa çempionatında iştirak edəcəklər
İdman 15:15 / 07.04.2021
Aprelin 8-də Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa çempionatına start veriləcək. Qitə çempionatında millimiz də iştirak edəcək. Komandamız Bolqarıstanda Azəbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında 11 idmançı ilə təmsil olunacaq.
G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun yetirmələrindən Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaq.
Aprelin 11-dək davam edəcək Avropa çempionatında hakimlərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.

28934 oxunub

InvestAZ