XƏBƏR LENTİ
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Futbolçu ailə üzvlərinə hücum etdi
İdman 14:00 / 02.04.2021
"Portu”, "İnter” komandalarının və Kolumbiya millisinin keçmiş futbolçusu Fredi Quarin Kolumbiya polisi trəfindən saxlanılıb. Məlumata görə, futbolçunun ailə üzvləri polisə zəng edərək Fredinin atasına və digər qohumlarına hücum etdiyini bildiriblər. Yayılan videoda futbolçunun qeyri-adekvat halda, şalvarının isə qan içərisində olduğu açıq-aşkar görünür. Paltarında olan qan izlərinə görə və zədə alması səbəbi ilə əvvəlcə futbolçu xəstəxanaya aparılıb. Əsəblərinə hakim ola bilməyən Fredi bu dəfə də tibb işçilərinə və polislərə hücum edib. Nəticədə futbolçunu sakitləşdirmək və vəziyyəti nəzarət altına almaq üçün polis yenidən güc tətbiq etmək məcburiyyətində qalıb.
Hazırda Fredi Quarini ev zorakılığı ilə bağlı, həmçinin xidməti vəzifəsinin icrası zamanı polis əməkdaşına hücum etməsinə görə məhkəmə araşdırmaları gözləyir.
Qeyd edək ki, Fredi Quarin Avropa Liqası və ikiqat Portuqaliya çempionudur. Hazırda isə futbolçu Kolumbiyanın "Milonarios” komandasının şərəfini qoruyur.

33140 oxunub

InvestAZ