XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



İdman gimnastikası üzrə fərdi çoxnövçülük yarışının iki mərhələsi ləğv olundu
İdman 11:30 / 11.02.2021

Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli idman gimnastikası üzrə fərdi çoxnövçülük yarışının iki mərhələsi ləğv olunub.
4 mərhələdən ibarət olan "All-Around World Cup Series” turnirinin yalnız ABŞ-ın Milouoki şəhərindəki turniri təşkil olunub. Ötən ilin mart və aprel aylarında Almaniyanın Ştutqart, Böyük Britaniyanın Birmingem və Yaponiyanın Tokio şəhərlərində nəzərdə tutulan yarışlar isə koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmışdı. Son qərara əsasən Ştutqart və Birmingem mərhələləri baş tutmayacaq. Mayın 4-də Tokioda keçirilməli olan və Olimpiadaya test xarakteri daşıyan yarışla bağlı məsələyə isə hələlik baxılmayıb. Olimpiya təsnifat sisteminin qaydalarına görə, seriyanın nəticələrini Tokio-2020-yə vəsiqə kimi təsdiqləmək üçün ən azı üç mərhələ keçirilməli və həm kişilər, həm də qadınlar arasında idman gimnastikasında bu seriyada təşkil olunan üç Olimpiya lisenziyası yenidən bölüşdürülməlidir. Qaydalara əsasən, kvotalar 2019-cu il dünya kubokunun təsnifat mərhələlərində komanda yarışlarında ən yüksək yerləri tutan ölkələrə verilir. Beləliklə, Tokio olimpiadası üçün kişi idman gimnastikasında Rusiya, Çin və Yaponiya, qadın idman gimnastikasında isə ABŞ, Çin və Rusiya vəsiqə əldə edib.

34906 oxunub

InvestAZ